Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

11 yaşında 11 milyon dollar qazandı

Tarix: 27-06-2022 08:52     Baxış: 4295 A- / A+
Mikeyla Ulmerin çoxmilyonuq biznes hekayəsi onun cəmi dörd yaşı olarkən başlayıb. O zaman ailəsi ona Aktondakı Uşaq Biznes Sərgisində və Ostindəki Limonad Günündə iştirak etməyi təklif edib. Mikeylanın nənəsi nəvəsinə 1940-cı illərdə kətan toxumu limonadının xüsusi reseptini özündə əks etdirən yemək kitabını göndərib.
Manevr.az xəbər verir ki, qız köhnə yemək kitabındakı reseptə bal və nanə də əlavə edib. Beləliklə, “Be Sweet” limonadı yaranıb.

İçkiyə tələbat artdıqca artıq məktəbli olan qızın valideynləri daimi olaraq evin qarşısında köşk açıb, özləri limonad hazırlayaraq satmağa başlayıblar.
Ulmerlər satılan hər şüşədən əldə edilən gəlirin 10%-ni arıları xilas etmək üçün mübarizə aparan yerli və beynəlxalq təşkilatlara ianə ediblər.
Biznesin ilkin mərhələlərində ailə istehsal mətbəxi icarəyə götürüb, həftədə 10 qutu limonad hazırlayıb. Hazırda qızın atası Teo Ulmer istehsala rəhbərlik edir və pərakəndə mağazalarına limonad daşıyan anası isə indi şirkətin PR məsələlərinə cavabdehdir.
“Biznesin bu qədər sürətlə böyüyəcəyini və cəmiyyət tərəfindən müsbət qəbul ediləcəyini gözləmirdim. Mikeylanın arzusu naminə hamımız özümüz üçün yeni peşələr öyrənməli olduq. Əvvəlcə “Dell”də işləyirdim və əsas işimi limonad biznesilə utğulaşdırmağa çalışırdım. Amma sonuncusu bütün həyatımızı dəyişdi”, - deyə Teo bildirib.(oxu.az)

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar