Xəbər lenti
"Şoyqu Ukraynaya getməyib, Belqorodda onun üçün “şou” təşkil ediblər" - Jurnalist

Manevr.az xəbər verir ki, bu barədə jurnalist Roman Çımbalyuk telegram kanalda yazır. O bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Luqansk və Donetsk vilayətlərindəki komanda məntəqələrinə baş çəkməyib.
Çımbalyuk yazır ki, Rusiya komandanlığı Ukraynanın Şoyqunu öldürəcəyindən qorxur.
“Sergey Şoyqunun Luqansk və Donetsk vilayətlərinə səfərdən imtina etməsinə səbəb Rusiya Silahlı Qüvvələrinin komandanlığının Ukrayna Silahlı Qüvvələrinin raket hücumu nəticəsində məhv edilə biləcəyindən qorxması və hərbi əməliyyatlar zamanı rus ordusunun real itkilərini nümayiş etdirmək istəməməsidir”, – o yazıb.
Xəbər verdiyimiz kimi, bu gün günortadan sonra Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqunun Donbasa səfəri barədə məlumat yayıb. İddialara görə, nazir cəbhədəki mövcud vəziyyətlə tanış olub, işğal olunmuş ərazilərə “yoxlama aparıb” və “qəhrəmanlıq” göstərən rus hərbçilərini mükafatlandırıb.
Rusiya Federasiyasının yaydığı videoda Şoyqu ilə nümayəndə heyətinin helikopterdən necə enməsi, daha sonra görüş keçirməsi, bundan sonra işğalçıları medallarla təltif etmələri əks olunub./konkret.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar