İkinci Dünya Müharibəsi zamanı Filippin dənizində batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sammy B" esminesi dəniz səviyyəsindən təxminən 7 kilometr aşağıda tapılıb.
“Star” qəzeti xəbər verir ki, ABŞ dəniz qüvvələrinin təqaüdçü zabiti və dərin dalğıc sualtı qayığı Viktor Veskovo dünyanın ən dərin batan gəmisinin tapıldığını açıqlayıb.Vesovo, 1944-cü ilin oktyabrında Samar sahillərində Filippin dənizində gedən döyüş zamanı batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Samuel B Roberts" esminesinin dəniz səviyyəsindən 6900 kilometr aşağıda olduğunu açıqlayıb. Gəminin zədələndiyini, lakin əksəriyyətinin toxunulmaz olduğunu ifadə edən VesKovo, itən gəmini tapmağın fövqəladə bir hiss olduğunu bildirib:
“Biz deyə bilərik ki, bu gəmi qəzaları müharibələrin son şahidləridir”, - Veskovo deyib.
VesKovonun "Limiting Factor" sualtı qayığı tərəfindən qeydə alınan görüntülərdə gəminin gövdəsində silah və güllə izlərinin olduğu bildirilir. Gəminin 224 ekipajından 89-u ABŞ və Yaponiya donanmaları arasında gedən müharibədə həlak olub. Sağ qalan 120 nəfər 50 saat qayıqlarla xilas olunmağı gözləmişdi. Samar döyüşü tarixin ən böyük dəniz döyüşlərindən biri kimi təsvir edilir.
Ekspedisiyası təşkil edən və ona rəhbərlik edən Kelvin Murray deyib ki, hələ tapılmayan daha iki ABŞ gəmisi var:
“Onların harada batmış ola biləcəyinə dair qeydlərimiz var, lakin bu, saman tayasında iynə axtarmaq kimi bir şeydir. Biz bunu edəcəyik, araşdırmalarımızı daha da artıracağı”.
İkinci Dünya Müharibəsi zamanı Filippin dənizində batan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sammy B" esminesi dəniz səviyyəsindən təxminən 7 kilometr aşağıda tapılıb.
“Onların harada batmış ola biləcəyinə dair qeydlərimiz var, lakin bu, saman tayasında iynə axtarmaq kimi bir şeydir. Araşdırmalarımızı daha da artıracağıq” - o söyləyib.ölkə.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar