Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Rusiyanın bir neçə generalı vəzifədən uzaqlaşdırılıb" - Britaniya kəşfiyyatı

Tarix: 25-06-2022 10:55     Baxış: 4360 A- / A+



"Ukrayna, çox güman ki, Sieverodonetsk-Lısıçansk istiqamətinin müdafiəsini yenidən konfiqurasiya edir. Çünki Rusiya bəzi yerlərdə ciddi şəkildə irəliləyib".
Manevr.az "report"a istinadən bildirir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
Britaniyalılar hesab edirlər ki, son zamanlar Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər olub.
"Böyük ehtimalla iyunun əvvəlindən etibarən Rusiyanın hərbi komandanlığı bir neçə generalı Ukraynadakı müharibə üzrə əsas vəzifələrdən uzaqlaşdırıb. Onların arasında Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov, Cənub Qüvvələr Qrupunun komandiri, ordu generalı Aleksandr Dvornikov da var.
Çox güman ki, Dvornikov bir müddət ümumi əməliyyat komandiri kimi də fəaliyyət göstərib. Rusiyanın Donbasdakı hücumunda əsas vəzifələrin davam etdirilməsi üçün bu iş general-polkovnik Sergey Surovikə tapşırıla bilər. Onun kareyrası korrupsiya və zorakılıq iddiaları ilə doludur", - Britaniya kəşfiyyatının məlumatında vurğulanıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar