Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən “Qazprom” və onunla bağlı şirkətlərin istehsal etdiyi qazın topdansatış qiymətlərini təsdiqləyib.
Manevr.az xəbər verir ki, ölkədə sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.
Bildirilir ki, ƏDV xaric ən yüksək qiymət Adıgey, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol üçün müəyyən ediləcək. Belə ki, burada 1000 kubmetr qaz üçün 5413 rubl müəyyən edilib.
Ən aşağı qiymət isə Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiq olunub və 1000 kubmetrə görə 2907 rubl təşkil edəcək.
Moskva və Moskva vilayətindəki müəssisələr 1000 kubmetr qaza görə 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətlərində isə 5115 rubl ödəyəcəklər.(qafqazinfo)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar