Xəbər lenti
Ukraynalı deputat satqın çıxdı: Rusiyadan bir neçə milyon dollar PUL ALIB - VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya Baş Qərargahının Baş İdarəsinin kəşfiyyat şəbəkəsini ifşa edib. Məqsədləri Ukraynanı ələ keçirməkdə düşmənə köməklik etmək olub. Bu qrupa Ali Radanın deputatı Andrey Derkaç da daxil edilib.
Manevr.az xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən yayıb.
İstintaqın məlumatına görə, Derkaç Ukraynanın müxtəlif bölgələrində ölkənin sürətlə ələ keçirilməsinə töhfə verən özəl mühafizə şirkətlərinin yaradılmasına nəzarət edib.
Hazırda deputat barəsində ibtidai istintaq başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən yayıb.
Hazırda deputat barəsində ibtidai istintaq başlayıb.
UTX qeyd edir ki, şəbəkə Rusiyanın tammiqyaslı işğalının başlanğıcında deputatının keçmiş köməkçisi İqor Kolesnikovun saxlanması zamanı zərərsizləşdirilib. Kolesnikov Rusiya Baş Qərargahının Baş İdarəsinin "Veteran” kod adlı əməkdaşı olub və işğalçı ölkənin xüsusi xidmət orqanları ilə Derkaç arasında əlaqə yaradıb və maliyyə kuryeri kimi fəaliyyət göstərib. Deputat rus xidməti tərəfindən 2016-cı ildə “zaverbovka” (ələ keçirilib) edilib. Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbərliyi – şöbə müdiri İqor Kostyukov və onun birinci müavini Vladimir Alekseyev şəxsən onunla “işləyib”.
“Deputat Rusiya Baş Qərargahının Baş İdarəsindən Ukraynanı ələ keçirmək üçün özəl təhlükəsizlik strukturlarının yaradılması üçün vəsait alıb. Planlarını həyata keçirmək üçün Baş Kəşfiyyat İdarəsi bir neçə ay ərzində 3-4 milyon ABŞ dolları ayırıb. İstintaq materiallarına görə, bu vəsaitin əhəmiyyətli hissəsini Derkaç mənimsəyib”, – Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti qeyd edib.
Kolesnikov, öz növbəsində, həbs edildikdən sonra şəbəkənin fəaliyyəti və müharibədəki rolu ilə bağlı geniş ifadə verib. Artıq may ayında vətənə xəyanətdə ittiham olunub.
“Rus qoşunları ölkəyə daxil olanda bu özəl mühafizə şirkətləri texnikanın keçidini təmin etməli, Rusiya bayraqları olan zirehli texnikaya oturmalı və bununla da şəhərlərə dinc girişi təmin etməli idilər” deyə Kolesnikov bildirib.
“Rusiya Baş Kəşfiyyat İdarəsi Kiyevin tutulması zamanı iki xüsusi təyinatlı briqadasından və Belarus ərazisindən daxil olacaq əməliyyat qüvvələrindən istifadə etməli idi”, deyə o, əlavə edib.
“Məqsədləri Kiyevə doğru irəliləmək, hökumət məhəlləsini ələ keçirmək və Ali Radanı toplayaraq yeni hökumətin yaradılması üçün şərait yaratmaq olub. Lakin bu planlar ukraynalı müdafiəçilər tərəfindən tamamilə məhv edilib”, – Ukrayna Təhlükəsizlik Xidməti yekunlaşdırıb./Konkret.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar