Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın 11 aeroportda uçuşlara qadağa rejimi yenidən uzadılıb

Tarix: 22-06-2022 15:12     Baxış: 5347 A- / A+


  
“Rosaviasiya” ölkənin cənub və mərkəzi hissəsində yerləşən 11 aeroportda uçuş məhdudiyyətlərini 2022-ci il iyunun 30-dək uzadıb.
 TASS agentliyi xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Qurumun məlumatına görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara qoyulan məhdudiyyətlər 2022-ci il iyunun 30-u Moskva vaxtı ilə saat 03:45-ə qədər davam edəcək. Rusiya aviaşirkətlərinə həmin istiqamətlərdə sərnişin daşınmasını təşkil etmək üçün alternativ marşrutlar kimi Volqoqrad, Soçi, Mineralnıye Vodı, Moskva və Stavropol hava limanlarından istifadə tövsiyə olunur. “Rosaviasiya” ölkə ərazisində yerləşən digər aeroportların adi rejimdə fəaliyyət göstərdiyini bildirib.
Xatırladaq ki, Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.(AZƏRTAC)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar