Xəbər lenti
Putindən şok tapşırıq: Qazaxıstana ərazi iddiası…
Manevr.az xəbər verir ki, bunu rusiyalı politoloq Valeri Solovey deyib.
“Cümə axşamından etibarən və ondan sonrakı iki gün ərzində Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı Rusiya Prezidenti tərəfindən müxtəlif formatlarda həmsöhbətləri ilə davamlı olaraq müzakirə edilib. Putin sözün əsl mənasında qəzəblənib və niyə belə bir şeyə layiq olduğunu anlamağa çalışıb. Putin “Şərq mənşəli” Qazaxıstan prezidentini məzəmmət edib. Çünki ənənələrə görə, qonaq ev sahibinə hörmət etməli və aşağılayıcı ifadələrə yol verməməlidir”, – o bildirib.
Solovey qeyd edib ki, Putin möhkəm inciyib və bazar günü Tokayev üçün “hədiyyələr hazırlamağı” əmr edib:
“Hələ ki, ciddi və konkret heç nə ifadə olunmayıb, lakin bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə tapşırıq verilib. Yaxın gələcəkdə mütləq Qazaxıstanın şimal ərazilərinə dair məsələ qaldırıla bilər. Üstəlik, Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları da sayıq olmalıdırlar, eləcə də qazax sərmayəçiləri. Hələ ki, dəqiq göstəriş yoxdur, amma prezidentin ətrafından səlahiyyətli yoldaşlardan təkliflər daxil olur”.
Qeyd edək ki, iyunun 17-də Qazaxıstanın rəhbəri Qasım-Jomart Tokayev Kremlin nəzarətində olan Luqansk və Donetsk “xalq respublikalarının” “müstəqilliyini” tanımaqdan imtina edərək, “respublikaları” “kvazidövlət əraziləri” adlandırıb. O, ölkədə qış etirazları zamanı Rusiyanın guya Qazaxıstanı “xilas etdiyi” haqda bəyanatı da tənqid edib. Tokayevin sözlərinə görə, bunu Rusiya deyil, KTMT edib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar