“Zəngəzur Azərbaycan torpağıdır”.
Manevr.az erməni mediasına istinadla xəbər verir ki, bunu İrəvanda yaşayan erməni deyib. Rəyi soruşulan respondentlər Zəngəzurun Azərbaycan torpağı olduğunu, adının sonradan dəyişdirilərək “Sünik” qoyulduğunu ermənilərin özləri etiraf ediblər.
“Gərək haqqına danışasan, bu ərazilər Azərbaycana məxsusdur, bunu etiraf etmək lazımdır. Yəni Zəngəzur və onun bütün kəndləri azərbaycanlılarındır.
Hələ 1975-ci ildə biz Zəngəzurda olanda bilirdik ki, bu ərazilər Azərbaycanındır.
Zəngəzurdan İran-Ermənistan strateji qaz xətti keçir. Məni narahat edən odur ki, sabah Azərbaycan o qaz xəttini ləğv edə bilər.
İndi Ermənistanda SSRİ xəritələrini məhv etmək danışırlar, hansı ki, demarkasiya o xəritə üzrə aparılacaq. Bəs hansı xəritə olacaq? “Böyük Tiqran” xəritəsimi? Onda qoy “Tiqranın xəritəsi”ni tapıb gətirsinlər. Problemi belə dərinləşdirmək lazım deyil. Sərhədlərin demarkasiyası aparılmalıdır. Başqa söhbət ola bilməz”, – yaşlı erməni deyib.
Başqa bir erməni məsələnin tezliklə siyasi yolla həll edilməsinin vacibliyini bildirib.
“Biz tezliklə məsələnin sülh yolu ilə həllini gözləyirik. Son hadislərdən sonra heç kim müharibə istəmir. Tezliklə keçid məntəqələri və yol tikintisini sürətləndirmək lazımdır. Bu, problemin ən yaxşı həlli olardı”, – İrəvan ermənisi vurğulayıb./konkret.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar