Xəbər lenti
Rusiya şərt qoydu: Ukrayna yalnız bu halda taxıl ixrac edəcək
Rusiya sanksiyaların ləğvi müqabilində Ukrayna limanlarından taxıl ixracı üçün dəhlizlər açacağını vəd edib.
Manevr.az xəbər verir ki, bunu BMT-nin Türkiyədəki rezident əlaqələndiricisi Alvaro Rodriqes CNN Türk-ə müsahibəsində deyib.
“Bu, iki aspektdən vacibdir. Birincisi, Ukraynanın ixrac etdiyi taxıl ölkədən çıxarıla bilər. Bu, ona görə vacibdir ki, dünyanın bir çox ölkələri Ukrayna idxalından asılıdır... Bu plan və ərzaq dəhlizi hətta Ukrayna iqtisadiyyatı üçün vacibdir, lakin daha çox ərzaq təhlükəsizliyi və qlobal ərzaq qiymətləri üçün önəmlidir”, - Rodriqes deyib.
O, qeyd edib ki, ilk növbədə BMT Rusiyadan atəşkəs gözləyir: “Əvvəlcə atəşkəs istəyirik. Konkret olaraq ərzaqda danışsaq, danışıqlar yüksək səviyyədə davam edir. Amma oradan taxıl daşıyan gəmiləri çıxarmaq düşündüyünüz qədər asan deyil. Rusiya donanması Qara dənizdədir, Ukraynanın öz təhlükəsizliyi üçün sahillərində minalar var. Buna görə də çoxlu danışıqlara ehtiyac var ki, bu addımı necə atmaq barədə razılığa gələ bilək”, - Rodriqes əlavə edib.
O, həmçinin qeyd edib ki, Rusiya sanksiyaların ləğvində israrlıdır: “Rusiya Ukraynaya kömək olunarsa, öz taxılının ixracına qarşı sanksiyaların götürülməsini istəyir. Ona görə də danışıqlar yüksək səviyyədə gedir və ümid edirik ki, bu problemi həll edə bilərik. Türkiyənin vasitəçilik səyləri BMT tərəfindən yüksək qiymətləndirilir./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar