Rusiyanın ən tanınmış dissidenti Aleksey Navalnı saxlandığı həbsxanadan naməlum yerə aparılıb.
Manevr.az xəbər verir ki, Navalninin qərargah rəisi Leonid Volkov verdiyi açıqlamada Alekseyin hazırda harada olduğunu və hansı koloniyaya aparıldığını bilmədiyini deyib.
Qeyd edək ki, Navalni 11 ildən artıq həbs cəzasına məhkum edilib. 2021-ci ildə iki il yarımlıq həbs cəzası ilə həbsxanaya göndərilən rusiyalı dissident mart ayında saxtakarlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə daha 9 il müddətinə azadlıqdan məhrum edilib.
Ekstremist təşkilat yaratmaqda və hakimiyyətə qarşı nifrət oyatmaqda ittiham olunan Navalniyə ötən ay yeni cinayət işi açılıb və onu daha 15 il həbs cəzası gözləyir.
Navalni Rusiyanın mart ayında Ukraynaya müdaxiləsini pisləyib və Prezident Vladimir Putini “dəli çar” adlandırıb.
O, dəmir barmaqlıqlar arxasında iştirak etdiyi məhkəmə iclasında belə deyib: “Müharibə Rusiya vətəndaşlarının qarətini ört-basdır etmək və onların diqqətini ölkənin daxili problemlərindən yayındırmaq üçün idi”. Rus dissident, həmçinin işğalın "axmaqlıq" olduğunu və "yalanlar üzərində qurulduğunu" qeyd edib.
Navalnı cəzasını Moskvadan 119 km şərqdə, Pokrovda birbaşa 2 saylı İslah Müəssisəsi adlanan həbsxanada çəkirdi. Regional həbsxana nəzarətçisi Sergey Yazhan sonradan Navalnının Moskvadan təxminən 250 km şərqdə, Vladimir yaxınlığındakı Melexovodakı IK-6 cəza koloniyasına göndərildiyini söyləyib, lakin bu, təsdiqlənməyib./Sfera.az
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar