Xəbər lenti
Milyarderləri özünə aşiq edən yəhudi əsilli gözəlin 5 hiyləsi - ŞƏKİL
Yəhudi əsilli rus gözəli – Darya Junkova bu gün yunan milyarderi Stavros Niarços III-in həyat yoldaşıdır. Stavrosdan əvvəl onun əri planetin ən varlı adamlarından biri Roman Abramoviç, Abramoviçdən əvvəl isə dünyanın birinci tennisçisi Marat Safin olub. Planetin bir çox nüfuzlu adamlarının qəlbini ovsunlayan 41 yaşlı Darya Jukovaya hərdən "oliqarx ovçusu" deyirlər. Bəs bu qəlb ovsunçusu gözəlin sirri nədədir?
Manevr.az publika.az-a istinadən oxucuları Daşanın həyatı ilə bağlı maraqlı faktlarla tanış edib.
Dosye
Darya Aleksandrovna Jukova 8 iyun 1981-ci ildə Moskvada anadan olub. Atası Aleksandr Jukov biznesmen, yəhudi əsilli anası Yelena isə mikrobioloq idi. Valideynləri 3 yaşında ikən ayrıldıqdan sonra 1991-ci ildə ABŞ-da işləmək üçün dəvət alan ana qızı ilə birlikdə Santa Barbaraya köçüb. Burada Darya üç il yəhudi məktəbində oxuyub. Daha sonra Los-Ancelesə, Kaliforniyaya köçüblər. 16 yaşında İngiltərə vətəndaşlığını alan atasının dəvəti ilə Darya Londona köçür və London Naturopatiya İnstitutunda təhsil almağa başlayır.
Təbii gözəllik
Şübhə yoxdur ki, Darya mütəmadi olaraq kosmetoloqlara baş çəkir və görünüşünə diqqət yetirir. Amma o bunu elə edir ki, botoks və ya dolğuları gözə batmır, ona baxanda ağla ilk olaraq təbiilik sözü gəlir. Daşanın üzünü, almacıq sümüklərini və dodaqlarını daha şişkin göstərən dolğuları heç vaxt olmayıb. Uzun, süni yapışdırılmış kirpiklər də onluq deyil. Eyni qayda bədən formalarına da aiddir. Silikon implantları və ya ombasında lipofiller yoxdur. Eyni “plastik kuklalardan” bezmiş milyarderlər Jukovanın özünə olan sevgisini yüksək qiymətləndirirlər.
Təhsil və intellekt
İstədiyiniz qədər deyə bilərsiniz ki, kişilər gözləri ilə sevir... Amma onlar da danışmaq istəyirlər. Əlbəttə, hər hansı bir cazibədar model qısamüddətli oyunlar üçün uyğun gəlir, lakin ciddi münasibətlərə gəldikdə, zəngin və güclü kişilər qadına görünüşü ilə yanaşı, ağına da qiymət verir. Ona görə də, həyat yoldaşı seçimində beyili qadınlara üstünlük verirlər. Darya Jukova universiteti əla qiymətlərlə və fərqlənmə ilə bitirib. Odur ki, bu standartlara tamamilə uğundur. O, incəsənət, memarlıq və ədəbiyyatı yaxşı bilir. Yeri gəlmişkən, onun “Qaraj” rəsm qalereyası uzun müddətdir ki, Moskvada yaradıcı şəxsiyyətlər üçün intellektual mərkəzə çevrilib.
Özünü təmin edə bilir
Həm Safin, həm Abramoviç, həm də Stavros yaxşı bilir ki, Daşa onların puluna aşiq olmayıb. Sözsüz ki, bu, kişilər üçün vacib amildir. Jukova heç kimin köməyi olmadan özünü dəbdəbəli həyatla təmin edə bilir və seçilmiş milyarderlərin bundan xəbəri var. Daşanın onları “yeriyən pul kisəsi” olduqlarına görə deyil, kişi kimi dəyər verib, sevdiyi üçün onların hər birinin ürəyini isidir.
Tərbiyə və davranış
Daşa Jukova səs-küylü məclislərdə gəzməyi sevmir. O, geyimdə zərif üsluba sadiqdir və şou-biznes ulduzlarının səs-küylü mərasimlərindənsə, ailəsi və dostları ilə sakit məclislərə üstünlük verir. Təmkinli, mədəni, bəhanəsiz və təxribatsız: hər zaman hörmət və heyranlıq doğuran əsl aristokrat ruhu belədir.
Zövq duyumu
Jukova yalnız zəngin sərvətə deyil, həm də ailə dəyərlərinə sahib olan kişiləri özünə tərəf-müqabil seçir. O, qısamüddətli sevgi romanlarını, evli kişilərin məşuqəsi rolunu özünə yaraşdırmayıb. Belə bir qızla yalnız ciddi əlaqələr mümkündür - dürüst, məsuliyyətli, qarşılıqlı hiss və manipulyasiya olmadan. Əslində bütün bunlar özünə hörmətin və kişiləri seçmək bacarığının nəticəsidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar