Xəbər lenti
Rus ordusunun 7 istiqamətdə hücumu dəf edildi – Ağır itkilərlə geri çəkildi

Ukrayna hərbi qüvvələri Baxmut və Novopavlovsk istiqamətində Rusiya qoşunlarının hücumlarını dəf edib.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu Nikolayevka yaxınlığında Rusiya qoşunlarının hücumunu dayandırıb. Geri çəkilən ruslar ağır itki veriblər, amma hücumu davam etdirmək üçün qüvvələrini yenidən qruplaşdırdıqları bildirilib.
Bundan başqa, Rusiya qoşunları Zolote-3, Novoluqansk, Berestov yaşayış məntəqələrinə hücum əməliyyatları keçirib. Amma itki verərək əvvəllər tutduğu mövqelərə geri çəkilib.
Ukrayna müdafiə qüvvələri Novopavlovsk istiqamətində Şevçenko kəndi yaxınlığında rusların hücumunu dəf ediblər. İtki verən rus qoşunları geri çəkilməyə məcbur olublar./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar