Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya necə dayandırılacaq? – Yeni konsepsiya

Tarix: 14-06-2022 13:24     Baxış: 4250 A- / A+

“Hələ ki, böyük dövlətlər Rusiyanı dayandıra bilmirlər. Əksinə, yay aylarında müharibə daha da şiddətlənib”.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.
Təhlildə böyük dövlətlərin Ukraynada işğalçı əməliyyatlarını davam etdirən Rusiyaya qarşı yeni konsepsiya hazırladıqları deyilib:
“NATO-nun növbəti sammiti iyunun 26-28 tarixlərində Madriddə keçiriləcək. İyunun 28-30-da isə “Böyük Yeddilər”in Berlində zirvə toplantısı olacaq. İki mötəbər tədbirin ard-arda keçirilməsində məqsəd qısa zaman ərzində böyük dövlətlərin liderlərini birgə toplantılarını təşkil və dünyanı narahat edən mövzuları müzakirə etməkdir.
Mövzu bəllidir. NATO və “Böyük Yeddilər”in toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq. Hələ ki, böyük dövlətlər Rusiyanı dayandıra bilmirlər. Əksinə, yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil. Böyük dövlətlərin liderləri NATO və “Böyük Yeddilər”in toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər.
ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji konsepsiya hazırlayır. Bu konsepsiyaya görə, Rusiya təşkilatda “əsas təhlükə” adlandırılacaq”.
Məqalədə Rusiyanın işğalçı addımlarından narahat olan Yaponiyanın fəallığına da diqqət çəkilib:
“Bu arada, Yaponiya Baş naziri Fumio Kişidanın da NATO zirvəsinə qatılacağı xəbəri yaylıb. Halbuki Yaponiya NATO üzvü deyil. Amma Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib.
Digər tərəfdən, Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Çinin Tayvan adasını nəzarətə alması istəyi Qərb ölkələrində olduğu kimi, Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiya baş naziri bu mövzuları NATO və “Böyük Yeddilər” çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar