İranın Fars əyalətinin Firuzabad şəhərində natrium karbonat zavodunda partlayış baş verib.
Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayış Firuzabad natrium karbonat fabrikində çənlərdən birində sızma nəticəsində baş verib.
Fars Dövlət Təcili Tibbi Yardım və Qəza Mərkəzinin direktoru Məhəmməd Cavad Muradiyan verdiyi yazılı açıqlamada partlayışın törətdiyi yanğında 112 nəfərin yaralandığını açıqlayıb.
Xəsarət alanlar arasında qazdan zəhərlənənlərin də olduğunu qeyd edən Muradiyan yaralıların Firuzabad xəstəxanasına aparıldığını bildirib.
Fars Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin direktoru Halil Abdullahi də hadisənin tez bir zamanda təxliyə edildiyini və partlayış nəticəsində heç bir insan itkisinin olmadığını qeyd edib.
Yanğının fabrikin digər çənlərinə keçməsi və qazın yayılması ilə əlaqədar Cem-Firuzabad yolu da keçidlərə bağlanıb.
Xəbər lenti
İranda fabrikdə partlayış baş verdi - 100-dən çox yaralı var

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar