Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çe Gevara niyə SSRİ sərhədlərində gizlənmişdi? – Məxfi plan

Tarix: 12-06-2022 10:15     Baxış: 3210 A- / A+
Manevr.az teleqraf.com-a istinadən argentinalı inqilabçı Ernesto Çe Gevara haqda yazını təqdim edir.
“SSRİ kapitalizmə geri qayıdır” – bu cümlə Çenin öz imzası olan qeydlərin içində də yer alır. O, kapitalist fikir və dəyərlərin Sovet İttifaqının iqtisadi siyasətinə getdikcə daha güclü təsir göstərdiyini və Sovet cəmiyyətlərini öz təsir dairəsinə saldığını yazırdı. Bu fikirlər Çe Gevaranın Konqoda döyüşdükdən sonra Boliviyaya qayıdaraq, mübarizəyə hazırlaşdığı dönəmdə Çexoslovakiyada qələmə aldığı “Praqa qeydləri”ndə yer alır. Bu, Çenin silahı bir kənara qoyub fəlsəfə və siyasətə fokuslandığı, marksist müzakirələrə qatıldığı, xüsusən də “sosializmin kommunizmə çevrilməsi” müzakirəsini apardığı bir dönəm idi.
Çe Gevara “sosialist blok”a yönəlik mühakimələrində Lenin və Stalini açıq bir dillə tənqid etməkdən də çəkinməmişdi:
“Stalin dönəminin əlçatmaz doqmatizmi ortaya ziddiyyətli bir praqmatizm çıxardı. Məsələnin dramatik tərəfi isə bunun elmi əsaslara söykənməməsidir. Bu, sosialist xalqların həyatının bütün mərhələlərində mövcuddur və indidən böyük zərərlərə yol açan, nəticələrini əvvəlcədən müəyyən etmək mümkün olmayan sui-istifadə halları yaradır”.
Çe Gevara daha sonra əlavə edir:
“Praktiki və nəzəri araşdırmalarımız nəticəsində bundan məsuliyyət daşıyan şəxsin ad və soyadını tapdıq: Vladimir İliç Lenin”.
Saxta pasportla dünyanı dolaşan səyyah
Çe Gevara Praqaya ayaq basanda dünyanın ən güclü kəşfiyyat orqanlarının axtardığı şəxslərdən biri idi. Bu dönəmdə gizlənərkən, saxta Uruqvay və İspaniya pasportlarından istifadə etdiyi, saqqalını kəsdiyi, üzünü yaşlı göstərən vasitələrdən istifadə etdiyi iddia edilir. Bu, internasionalist partizanların liderinin həyatı haqda ən az bilinən dönəm idi. Ernesto Çe Gevaranın 1966-cı ildə harada olduğunun neçə nəfərə məlum olduğu bəlli deyildi. 2013-cü ildə çex araşdırmaçı Blanka Starkova bu barədə, “Bu o qədər gizli idi ki, Çex siyasi elitası belə, bundan 1970-ci illərin əvvəllərində xəbər tutdu”, demişdi.
Çenin Şərqi Avropa şəhərləri arasından niyə Praqanı seçdiyi bilinmir, amma araşdırmaçılar bunun Çenin gözlərdən uzaqlaşmaq niyyətində olması iddiası ilə həmfikirdir.
Kuba kəşfiyyatının planı
Ernesto Çe Gevaranın Praqada yaşadığı dönəm haqda argentinalı diplomat Abel Pozze tərəfindən qələmə alınan “Praqa qeydləri” adlı tarixi romanını da çex dilinə çevirən Starkova, bunun Kuba kəşfiyyatı tərəfindən planlaşdırıldığını yazırdı. Starkovanın təbirincə bu dönəm, Konqodakı məyusluq və məğlubiyyətlə Boliviyada üzləşəcəyi dramatik son arasında təxminən 6 ayı əhatə edir.
Abel Pozze bu dönəmi araşdırmaq üçün illər sonra Praqaya getdi və Çenin oradakı həyatını onun xəyali obrazı ilə öz dilindən danışmağa başladı:
“Praqa. 1966-cı il. Fəlsəfə qeydləri. “Slaviya” kafesi. Bu, ilk yalnız səyahətimdir. Çay sifariş verdim və evə qayıtmış döyüşçü rahatlığı ilə qəlyanımı “Amsterdamer” tütünü ilə doldurdum. Pəncərənin kənarında oturub “Praqa qeydləri”nin açılışını etdim”.
Stalinin əmri ilə hazırlanan kitab
Çe Gevaranın bioqrafiyasından yazanlar onun yazılarında həmişə hərbi təcrübəsi və Kuba hökumətində tutduğu vəzifələrə söykəndiyini bildirirlər. Amma Praqa dönəmi bəlkə də, Çe Gevaraya düşünmək və yeni fikirlərə gəlmək üçün ən böyük fürsətləri vermək baxımından önəmli idi. Təsadüfi deyil ki, sosializmin kompası kimi görünən, 1954-cü ildə SSRİ Elmlər Akademiyası tərəfindən Stalinin əmri ilə hazırlanan “Siyasi iqtisadiyyat” kitabını bu dönəmdə ən sərt tənqidlərə məruz qoydu.
Argentinalı professor Lukas Villaseninə görə, Çe Gevara Afrikada uğursuz partizan döyüşləri cəhdlərindən sonra Çexoslovakiyada yaşadığı aylarda hadisələri qiymətləndirmək və öyrənmək baxımından böyük bir vaxt qazanmışdı.
Professor Çenin məhz bu dönəmdə fəlsəfəyə böyük maraq göstərdiyini iddia edir, lakin bunu öz bilgisini artırmaq üçün etmədiyini də bildirir. Professora görə, Çe bu dönəmdə fəlsəfənin dəyişmək istədiyi dünyanı anlamaq üçün fundamental bir vasitə olduğunu anlamışdı.
Villasenin Çenin ikinci həyat yoldaşı Aleida Marçın bir dəfə inqilabçının alman filosofu Hegeli böyük maraqla oxumasından danışdığını xatırlayır.
Professor Ernesto Çe Gevaranın Sovet doktrinasını sərt tənqid etməsi haqda isə bunları söyləyir:
“Çe SSRİ-də sosializmin kapitalizmin silahlarıyla inşaasını sorğulayırdı”.
Professor Çenin SSRİ-nin təkcə iqtisadi siyasətini yox, ittifaqda bu yöndə gedən müzakirələrin avtoritar və anti-demokratik metodlarla həyata keçirilməsinə etiraz etdiyini deyir:
“Digər yandan da, Kuba iqtisadiyyatının SSRİ ilə iqtisadi əlaqələrini asılılıq yaratmamaq şərti ilə qismən dəstəkləyirdi. Buna baxmayaraq, bu (asılılıq) Çenin ölümündən illər sonra baş verdi, Kuba iqtisadiyyatı şəkər qamışının hamısını SSRİ üçün istehsal etməyə başladı”.
Sovet kərpicləri
Praqaya getməmişdən bir il əvvəl Kubanın Mədəniyyət naziri Armando Harta yazdığı məktubda SSRİ-dən göndərilən marsksit məqaləni “Sovet kərpicləri” adlandırmışdı. Çe Gevaranın 1963-1965-ci illər arasındakı fəaliyyətlərində də, SSRİ haqda “Sovet İttifaqının başqa ölkələrə sosializm ixracı”, “Kubanın SSRİ-nin quyruğu olması” kimi ironiyalı fikirlərinə rast gəlinir. Lakin Çenin Sovet İttifaqı və xüsusilə bu birliyin mənimsədiyi iqtisadi siyasəti haqdakı tənqidlərini ən açıq formada “Praqa qeydləri”ndə ifadə edir.
Çe bu qeydlərində Sovet İttifaqının ilk illərində Lenin tərəfindən bir növ “keçid dönəmi iqtisadiyyatı” adı altında tətbiq olunan “Yeni İqtisadi Siyasət”ini (NEP) sərt şəkildə tənqid edir, bu siyasətin istehsal əlaqələrində dəyişikliklər yaratdığını, ziddiyyətlərin ən yüksək pillələrdə kapitalizmin lehinə həll olunduğunu və kapitalizmin yavaş-yavaş geri qayıtdığını yazır.
Çe Gevaranın SSRİ-yə yönəlik tənqidləri və Kubaya xəbərdarlıqları illər keçdikcə sərtləşdi. Amma ABŞ-ın embarqolarının başladığı illərdə bu kiçik ada dövləti iqtisadiyyatını getdikcə, tamam Şərqi Avropa və SSRİ-yə söykəmək məcburiyyətində qaldı. Çe Gevara isə “Praqa qeydləri”ni qələmə aldıqdan təxminən bir il sonra Boliviyada öldürüldü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar