Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “TRT Haber”in məqaləsində bildirilib.
Məqalədə Əminənin çiynində “Kalaşnikov” avtomatı ilə terrorçuların sıralarında çəkilmiş fotosu da yer alıb. İndi də terror təşkilatının üzvü olan Əminə İsveç parlamentinin müstəqil deputatıdır. O, PKK terror təşkilatının İrandadakı düşərgələrindən tutmuş İsveç parlamentinə qədər bir yol keçib. Kürd əsilli Kaxabave Saqqezdən olan ailənin səkkiz uşağından biridir. Hələ gənc yaşlarında böyük qardaşı kimi ailəsini tərk edərək terror təşkilatına qoşulub. PKK-nın İraqdakı düşərgələrdə təlim keçib.
Əminə 6 il ərzində həm İran, həm də İraqda bir çox terror aktlarında iştirak edib. Qeyri-qanuni yolla Türkiyəyə daxil olanda 20 yaşı yox idi. Şəxsiyyət vəsiqəsi belə olmayıb, bunun üçün BMT-nin Ankara nümayəndəliyinə müraciət edib. Bir müddət Türkiyədə qanunsuz yolla yaşayıb. Üç ay ərzində qaçqın statusu alan, oxuma-yazma bilməyən Əminə Kaxabave bundan sonra İsveçə gedib.
Əminə heç vaxt terror təşkilatları ilə əlaqələrini kəsməyib. Təşkilatın dəstəyi ilə 2000-ci illərdə sosial işçi kimi çalışıb. 2008-ci ildə Sol Partiyadan İsveç parlamentinə daxil olub. 2010, 2014 və 2018-ci il seçkilərində də deputat seçilib. 2016-cı ildə İsveçdə “ilin qadını” adını alıb. Üç il sonra Sol Partiyanın lideri ilə aralarında gərginlik yaşanıb, qovulacağını anlayanda istefa verib.
Əminənin Türkiyənin nifrəti heç vaxt bitməyib. 14 ildir ki, PKK terror təşkilatının İsveç parlamentindəki sözçüsüdür. Təsadüfi deyil ki, 2016-cı ildə İsveç Parlamentində PKK-nın Avropa Birliyinin terror siyahısından çıxarılmasına cəhd edib. O, PKK/YPG şəbəkəsinin İsveçdə genişlənməsində ciddi rol oynayan fiqurlardan biridir. YPG və İsveç arasındakı münasibətlərin dərinləşməsində də kritik rol oynayır.
Tərcümeyi-halı 2016-cı ildə nəşr olunub. Kitabın üz qabığında PKK-nın dağ düşərgəsində çəkilmiş fotoşəkili də yer alıb. “Kalaşnikovlu Kaxabave” hər seçkidə kritik sayda səs ala bilir.
Əminə 2021-ci ildə baş nazir seçilən Maqdalena Anderssonu da dəstəkləyib. Beləliklə, yeni hökumət də Kaxabavenin anti-türk istəklərinə boyun əyir. Andersson və Sosial-Demokrat Partiyasının kifayət qədər deputatı olmadığı üçün Əminə Kaxabave ilə razılaşmalı olub. Təbii ki, bunun qarşılığında yeni hökumətin qarşısına qoyulan əsas şərt Suriyada YPG-yə daha çox dəstəyin verilməsi idi.
Kaxabave bu yaxınlarda da kritik səslərindən birini verib. Ədliyyə nazirinə qarşı etimadsızlıq məsələsi parlamentdə bir səs fərqi ilə qəbul edilməyib. Beləliklə, Morqan Yohansson vəzifəsində qalıb. Terror təşkilatının üzvü olan deputat bitərəf qalıb.
İsveç Parlamenti gələn həftə büdcə layihəsinə səs verəcək. Bu kritik səsvermədə hökumətin keçmişdə olduğu kimi, indi də terrorçu deputatların səslərinə ehtiyacı ola bilər. Kaxabave artıq büdcəyə dəstək tələblərini sadalayıb. Siyahının başında PKK/YPG-yə daha çox dəstək və Türkiyəyə silah embarqosu qoyulub. O, hökuməti başqa cür səs verməyəcəyi ilə hədələyib.
Stokholm rəhbərliyi PKK/YPG terror təşkilatına 400 milyon avro dəstək verib. İsveç istehsalı silahlar da birbaşa təşkilata göndərilib.
Müxalifət də vəziyyətdən narazıdır. Beləliklə, İsveç hökuməti PKK simpatizanları və üzvlərinin təsiri altında görünür. Yəni bir tərəfdən NATO-ya üzv olmaq istəyir, digər tərəfdən hər fürsətdə Türkiyəni vurmağa çalışan PKK/YPG ilə əl-ələ tutuşib. Türkiyənin NATO üzvü olmaq istəyən İsveçə bir tələbi var: terrorçuların əllərini burax!
Beləliklə, 200 ildir müstəqil siyasət aparan İsveç Rusiyanın Ukraynaya hücumundan sonra özünə “təhlükəsizlik çətiri” axtarmağa başlayıb və NATO-ya üzvlük üçün müraciət edib. Amma illərdir alyansın ikinci böyük ordusuna malik olan Türkiyənin təhlükəsizliyinə etinasız yanaşır. Bir sözlə, İsveç yol ayrıcındadır: ya “bir səs”lə ölkənin təhlükəsizlik siyasətini “PKK əsarəti”ndə saxlamağa davam edəcək, ya da Ankaranın şərtlərini qəbul edərək NATO-ya üzv olacaq.