Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bayden: "Amerikalılar “Putin vergisi” ödəyirlər"

Tarix: 11-06-2022 14:18     Baxış: 3231 A- / A+
Bayden: "Amerikalılar “Putin vergisi” ödəyirlər"

ABŞ prezidenti Co Bayden cümə günü inflyasiyanın ABŞ üçün "əsl problem" olduğunu etiraf edib, lakin bunun məsuliyyətinin Rusiyanın üzərinə düşdüyünü bildirib.

Manevr.az xəbər verir ki, Los-Anceles limanında inflyasiya və administrasiyasının qiymətləri azaltma tədbirləri haqqında danışan Bayden ABŞ vətəndaşlarının "Prezident Vladimir Putinə görə ərzaq və benzin vergisi" ödəməli olduğunu bildirib. Onun sözlərinə görə, Amerika dünyanın heç bir ölkəsində olmadığı kimi qəti əzmkarlıqla inflyasiya ilə mübarizə aparır: "Mən başa düşürəm ki, inflyasiya Amerika ailələri üçün əsl problemdir. Bugünkü inflyasiya hesabatı Amerikanın onsuz da hər bir vətəndaşı tərəfindən bildiyi həqiqəti təsdiqləyir: Putinin qiymət artımı Amerikaya ağır zərbə vurur: May ayından yanacaqdoldurma məntəqələrində benzin, enerji və ərzaq aylıq qiymət artımının yüksələn tempi davam edir”, - dövlət başçısı bildirib.
Bayden ABŞ Əmək Departamentinin hesabatını şərh edib. "Ona görə ki, ölkədə istehlak qiymətləri may ayında illik ifadədə 8,6 faiz artıb ki, bu da 1981-ci ilin dekabrından bəri ən böyük artımdır. Mən Putinin qiymət artımlarını dayandırmaq, qaz və ərzaq qiymətlərini aşağı salmaq üçün əlimdən gələni edirəm",- deyə ABŞ dövlət başçısı bildirib.
"Amerikanın rəhbərliyi və diplomatiyası sayəsində biz keçən illə müqayisədə Avropaya təbii qaz tədarükünü üç dəfə artırmaqla Avropaya Rusiya neftindən asılılığını azaltmağa kömək etdik",- deyə ABŞ prezidenti bildirib.
Bayden təkrar edib ki, ABŞ Ukraynanın elevatorlarında qapadılmış "20 milyon ton taxılı çıxarmaq üçün"Avropalı tərəfdaşlarla yaxından işləyir: "Biz bu işdə onlara kömək etməyə çalışırıq, Rusiya isə ixrac yollarını əngəlləyir. Ukrayna taxılını daşıyacaq gəmilər Qara dənizə buraxılmırlar. Biz isə bütün dünyada qiymətləri aşağı salmaq üçün onu ölkədən necə çıxaracağımızın yollarını tapmağa çalışırıq”,- Vaşinqton administrasiyasının rəhbəri bildirib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar