Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistanda Rusiyanın dostları qalmayıb” – Erməni müəllif Lavrova CAVAB VERDİ

Tarix: 11-06-2022 12:20     Baxış: 4242 A- / A+

“Ermənistanda əsas siyasi gündəm mövzusu təbii ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun işgüzar səfəri olub. Lakin Rusiya XİN rəhbərinin səfəri Ermənistan tərəfinə heç bir xüsusi sürpriz və ümid gətirməyib. Onun erməni həmkarı Ararat Mirzoyanla bağlı qapılar arxasında nə danışdığı bilinmir. Amma “əsas müttəfiqimiz” tərəfindən Ermənistanın problemlərinə qarşı heç bir dəstək və rəğbət görmədik”.
Manevr.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirlər erməni mediasında dərc edilən məqalədə əks olunub. Lavrovun Azərbaycanın tam nəzarətinə keçən Fərrux kəndi ilə bağlı danışmaması ermənilərə sözün əsl mənasında “od qoyub”.

Məqalədə Sergey Lavrovun “Erməni dostları” haqqında danışması həyasızlıq kimi xarakterizə edilir: “Ermənistandakı rus dostları artıq yoxdur” – Rusiya XİN rəhbəri deyib. Məqalə müəllifi isə buna cavab olaraq Kremlin özünü Ermənistandan uzaqlaşdırdığını bildirib. Yalnız Putinin əli ilə qidalanan Kremlpərəst müxalifət var.

“Məlumdur ki, Rusiyanın Ermənistandakı 5-ci kalonu olan ruslaşmış ermənilər – Kurqinyan, Simonyan, Keosayan, Baqdasarov və başqaları erməni cəmiyyətini öz kökündən, dilindən və tarixindən qoparıb kütləvi aksiyalar keçirmək arzusundadırlar. Amma onlar ermənilərin orta və gənc nəslinin Rusiyada deyil, Qərbdə oxumaq, rus dilini deyil, ingilis dilini öyrənmək arzusundan iyrənirlər. Xatırlayın, Kurqinyan və digərləri Ermənistanda olarkən küçələrdə rusca danışıq eşitmədiklərinə görə necə qəzəblənirdilər. İndi isə rusofillərin arzusu gerçəkləşə bilər. Bunu Lavrovun Ermənistanda rus məktəblərinin sayının artırılacağı ilə bağlı açıqlaması açıq şəkildə göstərir” – məqalədə deyilir.
Lavrov bu məktəblərin erməni dostlarının istəklərini nəzərə alaraq açıldığını vurğulayıb. Müəllif sual edir: “Ermənistanı ruslaşdırmaq istəyən bu dostlar kimlərdir? Bu “dostlara” xatırlatmaq istəyirəm ki, 1993-cü ildə qəbul edilmiş “Dil haqqında” qanuna görə, ölkəmizdə rus dilində orta məktəb olmamalıdır. Bizim bir dövlət dilimiz var – o da erməni dilidir”.

“Beləliklə ermənilər hesab edir ki, Lavrovun Ermənistana bu səfəri tamamilə faydasız olub. O, bura sırf Rusiyanın maraqlarını təşviq etmək üçün gəlib. Dostlar bu cür rəftar etmir. Yuxarıda dediyim kimi, Ermənistanda onsuz da Rusiyanın dostları yoxdur” – müəllif məqaləni bu sözlərlə yekunlaşdırır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar