Xəbər lenti
Gürcüstan hərbi xidmətin müddəti azaldılır

Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze cümə axşamı parlamentdə görülən işlər barədə hesabat verərkən deyib.
"Milli hərbi çağırış xidməti formalaşdırılacaq. Xidmət müddəti 12 ay deyil, səkkiz ay olacaq. Çağırışçılar yalnız Müdafiə Nazirliyinin strukturlarında xidmət keçəcək. Bu o deməkdir ki, gənclərimiz yüksək səviyyəli ilkin döyüş hazırlığı əldə edəcəklər. Xidmət zamanı yalnız hərbi tapşırıqlar yerinə yetiriləcək və bu, ehtiyatda olan xidmət üçün əla baza yaradacaq", - Burçuladze bildirib.
Qeyd edək ki, hazırda Gürcüstanda məcburi hərbi xidmət həm Müdafiə Nazirliyinin strukturlarında, həm də Daxili İşlər, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturlarında həyata keçirilə bilər. Xidmətə 18 yaşdan 27 yaşa kimi şəxslər çağırılır. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar