Xəbər lenti
"Prezidentin zəifliyini gizlətmək getdikcə çətin olur" - Putinin səhhətindən xəbər

Manevr.az konkret.az-a istinadla xəbər verir ki, dünən “Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə” qeyri-müəyyən müddətə təxirə salınıb. Bu addımın izahı məlum olub. Mətbuat konfransının ləğvi Vladimir Putinin səhhətinin qeyri-sabit olması ilə əlaqədardır.
Məlumata görə, həkimlər ölkə rəhbərinə yaxın vaxtlarda ictimaiyyət qarşısında uzun-uzadı çıxışlardan çəkinməyi tövsiyə ediblər.
Etibarlı mənbənin məlumatına görə, bu yaxınlarda hərbi blokun nümayəndələri ilə görüşdən sonra Putin masadan qalxmaq istəyəndə halı pisləşib. İddiaya görə o, kəskin halsızlıq, zəiflik və başgicəllənmə hiss edib. Onun təcili tibbi yardıma ehtiyacı olub.
Mümkündür ki, Putin yalnız avqustda Birbaşa əlaqəyə qərar verəcək.
Mənbə qeyd edir ki, “Rusiya Prezidentinin zəifliyini son vaxtlar gizlətmək getdikcə daha çətin olub”.
Bundan əvvəl Mi-6-nın (Böyük Britaniyanın məxfi kəşfiyyatı) keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Putinin tezliklə sanatoriyaya gedəcəyini və bunu öz istəyi ilə etməyəcəyini bildirib. Bundan sonra Putin hakimiyyətini itirəcək və 2023-cü ildə o, artıq həyatda olmayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar