Xəbər lenti
Co Bayden ABŞ-da fövqəladə vəziyyət elan etdi
ABŞ prezidenti Co Bayden ölkədə enerji çatışmazlığı səbəbindən fövqəladə vəziyyə elan edib.
Manevr.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən bir neçə amil var. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan fasilələr və iqlim dəyişikliyi ilə daha da kəskinləşən ekstremal hava hadisələri daxildir.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ günəş elektrik stansiyaları üçün modulların əksəriyyətini Cənub-Şərqi Asiyadan idxal edir, lakin son vaxtlar onları kifayət qədər miqdarda təmin edə bilmir. Buna görə də hökumət yerli günəş enerjisi istehsal imkanlarını genişləndirmək üçün bizneslərlə işləyir.
"Buna görə də, mən gözlənilən istehlakçı tələbatını ödəmək üçün kifayət qədər enerji istehsal potensialının olmaması təhlükəsi səbəbindən fövqəladə vəziyyət elan edirəm", - Bayden qeyd edib.
Sərəncama əsasən, ABŞ-dan günəş modullarının idxalı bir il müddətinə rüsumdan azad ediləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar