Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kadırovun Türkiyəyə göndərdiyi casuslardan ilkinc etiraflar - MİT-dən peşəkar əməliyyat

Tarix: 05-06-2022 12:02     Baxış: 3229 A- / A+


Türkiyədə Rusiya kəşfiyyatına casusluq etməkdə və iki nəfəri öldürməyə cəhddə ittiham olunan 6 şübhəli şəxs polis tərəfindən saxlanılıb.
Manevr.az xəbər verir ki, Türkiyədə son altı ayda Rusiya kəşfiyyat şəbəkəsi ardıcıl zərbələr alıb.
Türkiyədə daimi yaşamaq hüququ alan Rusiya vətəndaşlarının qətlini sifariş verən rus kəşfiyyatı daha öncəki illər "uğurlu" əməliyyatları icra edə biliblər.
Söhbət çeçen mücahidlərlərin qətli, rus iş adamlarının aradan götürülməsindən gedir.
Türkiyə MİT-i son illərə qədər Rusiya xüsusi xidmət orqanlarının türk torpağındakı fəaliyyətinə loyallıq nümayiş etdirib. Bunun nəticəsi olaraq Türkiyədə digər dövlətlərin kəşfiyyat xidmətləri, o cümlədən kriminal avtoritetlər "at oynadıblar". Hətta Rusiya kimi kriminal ünsürlərlə zəngin olan bir ölkənin mafiya babaları İstanbulda özlərinə yuva salmışdılar. Eləcə də İran və İsrail kəşfiyyat bu ölkədəki fəaliyyətlərini genişləndirmişdilər.
Türkiyədə rus casusların fəaliyyətindən ən çox əziyyət çəkən çeçen mücahidlər olub. Mücahidlərin saxlanılan qatillərinin etiraflarından bəlli olub ki, onlar Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan lideri Ramzan Kadırovun əmisi oğlu Adam Delimxanovun, eləcə də Kadırov administrasiyasında məmur rolunu oynayan, müxtəlif “incə tapşırıqlar” üzrə mütəxəssis Kazbek Dukuzovun şəxsi göstərişi ilə hərəkət ediblər.
Onların vəzifəsi “Abdulhakim” təxəllüsü ilə çeçen müxalifət liderini aradan götürmək olub. Saxlanılan şəxslərə 33 il həbs cəzası verilib.
Saxlanılan şəxslər həmçinin qeyd ediblər ki, onların hədəfləri Rusiya Müdafiə Nazirliyinin iki keçmiş məmuru olub və onlar vəzifədə olarkən Rusiya hərbi idarəsinə məxsus meşə sahələrini və hazır taxta-şalban materiallarını qanunsuz olaraq Çinə 65,3 milyon dollara satıblar və daha sonra pullarını Türkiyəyə yatırıblar.
Kəşfiyyat qrupunun vəzifəsi bu məbləğləri ələ keçirmək olub. Ya xoşluqla, ya da zorla./teleqraf.com

Türkiyə MİT bu plandan xəbərdar olub və "qanqsterləri" İstanbuldakı "Fateh" otelində yaxalaya biliblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar