Rus iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britaniyanın “Truphone” telekommunikasiya qrupu iki avropalı sahibkara 1 funta satılacaq.
“Financial Times” qəzetinin yazdığına görə, “Truphone”nin satmaq qərarı Böyük Britaniya və Aİ səlahiyyətliləri tərəfindən iş adamına qarşı tətbiq edilən sanksiyalarla bağlıdır. Sövdələşmənin iyunda bağlanacağı gözlənilir.
Yeni sahiblər alman iş adamı Hakan Koç və onun biznes ortağı, əvvəllər telekommunikasiya sənayesində çalışan Pirros Koussios olacaq. Koç şirkətin 90%-nə sahib olacaq, 10%-i Koussiosa keçəcək. Qeyd olunur ki, Koçun həmtəsisçisi olduğu “Auto1” şirkəti əvvəllər Frolovun oğlunun idarə etdiyi “Target Global” vençur kapitalı şirkətindən maliyyə alıb.
Bununla belə, Koç iddia edir ki, o, “Truphone”nin indiki sahiblərindən heç biri ilə tanış olmayıb və onlarla birbaşa əlaqəsi yoxdur.ölkə.az