Xəbər lenti
Şok iddia: Lukaşenko Putini aldadıb? – Gizli gərginlik
“Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən üç ay ötdükdən sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun bütün hərəkətləri göstərir ki, onun ordusu müharibəyə hazır deyil”.Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Fakt budur ki, qoşunların bütün bu hərəkətləri, bütün bu təlimlər daha çox Lukaşenkonun mövqeyini təsdiq etməyə yönəlib. Görünən isə budur ki, onun nə müharibəyə getmək fikri var, nə də ordusu döyüşməyə hazırdır”, - Jdanov bildirib.
Ekspert Belarus liderinin əvvəllər hərbi planının olduğunu, sonradan bunun baş tutmadığını istisna etməyib.
Jdanov baş verənlərdən sonra Vladimir Putinin Belarus daxilində aranı qatmaq və Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılması imkanlarını nəzərdən keçirəcəyini istisna etməyib:
Ekspertin fikrincə, Lukaşenko indi fəal şəkildə təhlükənin qarşısını almaq üçün Belarus cəmiyyəti ilə anlaşmağa çalışır:
“Lukaşenko bu kontekstdə cəmiyyətlə konsensus tapmağa çalışır ki, əgər siz Rusiyanın tərəfində Ukraynaya qarşı müharibə etmək istəmirsinizsə, onda məni dəstəkləyin ki, belə bir əmr verməyim.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































