Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenskidən qlobal aclıq xəbərdarlığı

Tarix: 31-05-2022 15:49     Baxış: 4257 A- / A+
Zelenskidən qlobal aclıq xəbərdarlığı
Zelenski xalqa gündəlik müraciətində müharibə ilə bağlı son vəziyyətlə bağlı məlumat verib və qeyd edib ki, Severodonetsk, Lısıçansk, Baxmut, Avdiivka, Kuraxove, Slovyansk və bəzi digər yaşayış məntəqələri Rusiya üçün əsas hədəflər olaraq qalmaqda davam edir. Onun sözlərinə görə, hazırda Donbasda Rusiya ordusunun maksimum döyüş qüvvəsi toplanır.
Manevr.az xəbər verir ki, Zelenski Rusiya qoşunlarının Xarkov, Sumi bölgəsini bombaladığını və Xerson bölgəsi uğrunda mübarizənin davam etdiyini bildirib. Luqansk bölgəsindəki Rusiya əsgərlərinin yerli əhalinin ardınca maşına atəş açaraq münaqişə bölgələrindən təxliyənin qarşısını aldığını bildirən Zelenski Fransa jurnalistinin öldürüldüyünü bildirib.
“Bir ay əvvəl bu özəl telekanala müsahibə vermişəm. Bu, mənim genişmiqyaslı müharibə zamanı Fransa mediasına ilk müsahibəm idi. Frederikin həmkarlarına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. O, 24 fevraldan bu yana öldürülən 32-ci media nümayəndəsi oldu”,- deyə Zelenski qeyd edib.
Görüşləri ilə bağlı məlumat verən Zelenski Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Kiyevə səfər etdiyini və sanksiyaların gücləndirilməsi, Ukraynaya müdafiə dəstəyi, dünyada ərzaq böhranının artmasının qarşısını almaq üçün daha sürətli hərəkət etmə kimi məsələləri müzakirə etdiyini açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardıqlarını bildirən Zelenski xüsusilə ərzaq təhlükəsizliyi, Ukraynanın Qara dəniz limanlarından normal nəqliyyatın necə təmin ediləcəyi, Ukrayna ilə Türkiyə arasında daha çox müdafiə əməkdaşlığı kimi məsələləri müzakirə etdiklərini bildirib.
Rusiyanın Ukraynanın ixracatını əngəlləməsinin qlobal miqyasda vəziyyəti qeyri-sabitləşdirdiyini bildirən Zelenski “Rusiyanın Qara dənizdəki limanlarımızı blokadaya alması və onun sahillərini ələ keçirməsi səbəbindən ölkəmizin anbarlarında olan 22 milyon ton taxılı ixrac edə bilmirik. Bu, xarici bazara çıxacaq həcmdir. Rusiyanın bizim ixracımızı əngəlləməsi qlobal miqyasda vəziyyəti sabitsizləşdirir. Nəticədə müxtəlif ölkələrdə ərzaq getdikcə bahalaşır. Nəticədə aclıq təhlükəsi yaranır. Rusiya rəhbərliyinin açıq şəkildə istədiyi budur”,- deyə bildirib./Bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar