Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukrayna müharibənin qalib tərəfidir: Qələbə nə vaxt elan ediləcək?

Tarix: 31-05-2022 10:13     Baxış: 3317 A- / A+


 

"Almaniya Ukraynaya yardımı dayandırmadı, prosesi sadəcə yavaşlatdı".
Manevr.az bildirir ki, bunu milli.az-a açıqlamasında Ukrayna Diplomatiya İnstitutunun mütəxəssisi, siyasi ekspert Nikolay Spiridonov deyib.
O bildirib, Ukraynanın əsas məqsədi ən azı bu ilin fevralın 24-ə kimi sərhədləri bərpa etmək idi:
"Ukraynanı silahlandırmaq davam edir, Almaniya müxtəlif tipli haubitsaları tədarük edir və Ukrayna əsgərlərinə onlardan istifadəni öyrədir.
Ukrayna və Rusiya arasında müharibə müvəffəqiyyətlə davam edir. Ukrayna Xarkov yaxınlığında, Rusiya isə Luqansk vilayətində ciddi irəliləyiş əldə edib.Ümumiyyətlə, Ukrayna ordusu qondarma ordudan heç də geri qalmır. Ukrayna hazırda "Dünyanın ikinci ordusu"na qarşı döyüşür, lakin buna baxmayaraq Ukraynaya müasir silahların tədarükü dinamikasının azalması savaşın nəticələrinə bir çox məqamda təsir göstərir. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin tammiqyaslı əks-hücumları hələ də təxirə salınır.
Kiyevin əsas məqsədi ən azı 24 fevral 2022-ci il tarixindən etibarən sərhədlərə qayıtmaq idi. Amma hələ ki bu istək baş tutmur.
ABŞ, Aİ və Ukraynanın maraqları bəzi nüanslarla əsasən üst-üstə düşür. Rusiya açıq-aydın öz məqsədlərinə çatmayıb, hətta təqribən heç bir effektiv nəticə də əldə etməyib.
Daha doğrusu, Ukrayna müqavimət göstərmək üçün fenomenal iradə nümayiş etdirərək artıq qalib tərəfdir. Bununla belə, son qələbəyə hələ bir neçə ay var və bu, asan olmayacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar