Xəbər lenti
Atdıqları addımı geri çəkdilər – “Türkiyəyə silah sata bilərik”
Manevr.az xəbər verir ki, İsveç Dövlət Silah İxracına Nəzarət Agentliyinin (ISP) rəhbəri Karl Evertsson ölkəsinin NATO-ya üzvlük müraciəti ilə əlaqədar Türkiyə ilə aparılan danışıqlarla bağlı açıqlama verib.
Evertsson İsveç Müdafiə Komissiyasının tələb etdiyi şərtlərlə silah ixrac etdiklərini deyib:
“Türkiyənin hazırda silahlarımıza ehtiyacı yoxdur. Bizdən silah almırlar. Müdafiə Komissiyasından gələn müraciətləri hər bir halda qiymətləndiririk. Bugünkü şərtlərlə Türkiyəyə silah sata bilərik”.
Evertsson İsveç istehsalı “AT-4” tank əleyhinə silahların PKK terror təşkilatının əlinə necə keçməsi ilə bağlı suala belə cavab verib:
“Bu silahları təşkilatlara ixrac etmirik. Bu, sözügedən silahların ABŞ-ın lisenziyası ilə istehsal olunması və bunların üçüncü ölkələrə göndərilməsinə icazə verilməməsi şərtlərini diqqətdən kənarda saxlanılmasından qaynaqlana bilər”.
Agentlik 2019-cu il oktyabrından Türkiyəyə silah satışını qadağan edib. Bu tarixdən sonra İsveçdə yerləşən 3 özəl silah istehsalçısı şirkətin Türkiyəyə silah satması tələbi qəbul olunmayıb./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































