Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Putinin 2 il ömrü qalıb - Həkimdən ŞOK İDDİA

Tarix: 30-05-2022 16:43     Baxış: 3324 A- / A+

Putinin 2 il ömrü qalıb - Həkimdən ŞOK İDDİARusiya Prezidenti Vladimir Putinə xərçəng xəstəliyi diaqnozu qoyulub. 
Manevr.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Mirror” qəzeti Pentaqonun məxfi məlumatlarına istinadən yazıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin adı açıqlanmayan rəsmisi qəzetlə əlaqə saxlayaraq, məlumatın doğru olduğunu təsdiqləyib. 
Məlumata görə, Putin xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkir. Hətta iddialara əsasən, həkimlər Rusiya liderinin yaxın ətrafına onun maksimum 2-3 il ömrünün qaldığını bildiriblər.

Son vaxtlar Putinin şiddətli baş ağrılarından əziyyət çəkdiyi, görmə qabiliyyətinin zəiflədiyi deyilir. Lakin o xəstəliyini büruzə verməmək üçün eynəkdən imtina edib. 
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün yerli mediaya açıqlamasında Putinin səhhətinin pisləşməsi barədə xəbərləri təkzib edib. 
"Siz onu ekranlarda izləyə, çıxışlarını oxuya və dinləyə bilərsiniz. Düşünmürəm ki, ağlı başında olan adamlar bu insanda hansısa xəstəlik və ya onun əlamətlərini görə bilsinlər. Bunlar şayiədir”, - deyə Lavrov vurğulayıb./Modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar