Xəbər lenti
Türkiyə ilə Yunanıstan müharibəyə başlayır? - AÇIQLAMA
“Lazım gələrsə, Türkiyə ilə döyüşməyə hazırıq”. Bu barədə Yunanıstan Müdafiə Nazirliyi məlumat verib. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar isə, “Yunanıstanın Türkiyə ilə döyüşü sadəcə riyazi olaraq mümkün deyil”, - deyə söyləyib.
Manevr.az xəbər verir ki, bu barədə Sfera.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, Türkiyəyə qarşı koalisiya artıq məqsədini bildirməyə başlayıb. Onun sözlərinə görə, müdafiə naziri Hulusi Akar fikirlərində haqlıdır:
“Yunanıstan tarixdən dərs çıxarmalı və Türkiyə ilə qarşıdurmadan yayınmalıdır. Ancaq Yunanıstanı ürəkləndirənlər var. Bunların da başında Amerika Birləşmiş Ştatları gəlir. İsveç və Finlandiyanın NATO-ya haqlı olaraq veto qoymaq hüququnu saxladığını dilə gətirən Türkiyəyə qarşı fərqli mübarizə metoduna keçirlər. Putinin Ərdoğanı “öz NATO-suna” dəvət etməsi də boşuna deyil".
“İqtisadi vəziyyət, sanksiyalar və s. - bütün bunların ssenari müəllifi xüsusilə Qərblə bağlıdır. Ancaq nəzərə almalıdırlar ki, bütün bunlar dünyada özlərinə qarşı daha böyük təhdidlərin yaranması deməkdir. NATO-dakı ən güclü müttəfiq olan Türkiyəyə deyil də, məhz Yunanıstana qırıcıların verilməsi, silahlandırılması gələcəkdə böyük təhlükələrə gətirib çıxara bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































