Xəbər lenti
İşğal olunmuş Xersondan Rusiyaya taxıl daşınmasına başlandı
Ukraynanın işğal olunan Xerson vilayətində zəmilərdən yığılan taxılın Rusiyaya daşınmasına başlanılıb.
Manevr.az xəbər verir ki, bunu regionda Rusiyanın qurduğu hərbi-mülki administrasiya başçısının müavini Kirill Stremousov deyib.
K.Stremousov bildirib ki, regionda həddən çox taxıl var: “İndi insanlar qismən ixrac edirlər, Rusiyadan alanlarla razılaşırlar”.
Region administrasiyası başçısının müavini dəqiqləşdirib ki, o, taxılın satılmaq üçün Rusiyaya ixracını nəzərdə tutur.
O, həmçinin bildirib ki, yerli fermerlər iyunun 20-dən qışlıq taxılın tammiqyaslı yığımına başlayacaqlar.
Daha əvvəl Xerson vilayətindən olanlar “Donetsk Xalq Respublikası”na meyvə-tərəvəz tədarükünə başlamağa hazır olduqlarını bəyan ediblər./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































