Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Putin tükənib, Rusiya iqtisadiyyatı çöküb"

Tarix: 29-05-2022 14:11     Baxış: 4306 A- / A+
"Putin tükənib, Rusiya iqtisadiyyatı çöküb"

"Rusiya prezidenti Vladimir Putin tükənib, Rusiya iqtisadiyyatı çöküb. Kreml ölkə daxilindəki bütün iqtisadi problemləri təkzib etdikcə, sanksiyalar daha böyük ziyan vurur".

Manevr.az xəbər verir ki, bu barədə dünyaca populyar “Insider” nəşri material hazırlayıb.
“Sanksiyalar ona bu qədər zərər verdiyi halda, Rusiya Ukraynada döyüşməyə necə davam edə bilir? Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə axşamı deyib ki, Ukrayna ilə müharibəyə görə Rusiyaya tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatını və Rusiya lideri Vladimir Putinin "hərbi maşınını” tükəndirib”,- deyə nəşr yazır.
Ticarət ekspertləri bildirir ki, Putinin Ukraynaya əsassız müdaxiləsi qarşısında Rusiyaya tətbiq edilən sanksiyalr fonunda ölkədə ixracat iflasa uğradığından Rusiya iqtisadiyyatı “çökməkdədir”.
Von der Leyen qeyd edib ki, Avropa İttifaqı, eləcə də ABŞ və Böyük Britaniya tərəfindən Rusiyaya qarşı genişmiqyaslı iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vurur.
“Bizim sanksiyalarımız və şirkətlərin özlərinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatını tükəndirir və beləliklə, Kremlin döyüş maşınını tükəndirir”,- deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya iyunda gözlənilən defolt nəticəsində bütün dünya bazarlarına çıxışını itirəcək. Hətta Çin də bura daxildir. İyundan sonra Rusiya ancaq böyük faizlə vəsait əldə edə biləcək.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Rusiyanı xarici borclarını ödəmək imkanından məhrum edib. Mayın 25-dən sonra lisenziya yenilənməyib. Yəqin ki, artıq 30 gündən sonra “problemin həlli” üçün verilən müddət bitəndə təcavüzkar ölkə defolt elan olunacaq.
"Bu, Rusiya Federasiyasındakı vəziyyətə köklü təsir göstərməyəcək, lakin Rusiya Prezidenti Vladimir Putin artıq Rusiya iqtisadiyyatını sanksiyalar yağışı altında qum qalasına çevirməyi bacarıb",- deyə nəşr yazır.
Xatırladaq ki, sanksiyaların bu ilin ikinci yarısında özünü göstərəcəyi proqnoz edilir./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar