Manevr.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, Rusiya qırıcılarının ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini Xerson vilayətinin Zaqradovka və Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqələri üzərində havada vurduqlarını qeyd edib.
Rusiya MN sözçüsü müharibə başlayandan Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 182 təyyarə, 128 helikopter, 1045 pilotsuz uçuş aparatı, 324 zenit-raket kompleksi, 3297 tank və digər zirehli döyüş texnikası, 444 reaktiv yaylım atəşi sistemi, 1714 səhra artilleriya qurğuları və minaatanları, o cümlədən 3245 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".