Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Müharibə necə bitsin? – Vaşinqton, Brüssel və Kiyev arasında çatlar yaranır

Tarix: 28-05-2022 11:24     Baxış: 4293 A- / A+



ABŞ, Avropa İttifaqı və Ukrayna arasında müharibənin necə bitəcəyinə dair fikir ayrılıqları var.

Manevr.az xəbər verir ki, bu barədə “Nyu-York Times” nəşri yazır.

Nəşr qeyd edir ki, son bir neçə gündə İtaliya atəşkəs təklifi alıb, Ukrayna isə Rusiyanı 24 fevraldan əvvəlki sərhədlərə sıxışdırmağı, sonra müzakirələrə başlamağı planlaşdırır: “Müharibədən üç ay keçdikdən sonra daha nə etməli sualı önə çıxır. ABŞ Rusiyanı dünya iqtisadiyyatından tamamilə çıxarmaq istəsə də, Avropada Putini təcrid etmək və alçatmağın təhlükəli olduğu haqda düşüncələr var. ABŞ-ın ambisiyaları artır, Bayden Administrasiyası Rusiyanı cəzalandırmaq, Putini zəiflətmək, NATO-n gücləndirmək və Çinə mesaj göndərmək istəyir. Sübut etmək istəyir ki, təcavüz ərazi əldə etməklə mükafatlandırılmır”.

Nəşr real danışıqlar başlayacağı halda Zelenski və Qərb müttəfiqlərinin hansı mövqeyi tutacağını aydınlaşdırmağa çalışıb.

“Amerikalıların bəyanatı göstərir ki, Bayden Rusiyaya maksimum zərər vurmaq, Putini “strateji məğlubiyyətə” düçar etmək, beləliklə Qərb və Çin-Rusiya oxu arasında yellənən ölkələri öz çətiri altına almaq istəyir. Bunun fonunda Avropa İttifaqında fikir ayrılıqları hökm sürür. Macarıstan Rusiya neftinə embarqonu bloklayır, Mərkəzi və Şərqi Avropa liderləri Putinlə danışmaq ideyasını belə rədd edir, Fransa, İtaliya və Almaniya isə uzun sürən müharibənin iqtisadi zərərindən narahatdır və Rusiyaı əbədi olaraq təcrid etməyin mümkünsüz olduğu qonşu olaraq görürlər”, - məqalədə deyilir./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar