Xəbər lenti
Rus deputatlardan Putinə: Müharibəni dayandır!

Deputat Leonid Vasyukeviç xüsusi açıqlama ilə çıxış edib.
Əvvəlcə o bildirib ki, bu müraciət bir neçə gün əvvəl Qanunvericilik Məclisinin iclasında həlak olan hərbçilərin ailələrinə dəstək tədbirləri qəbul edildikdən sonra hazırlanıb.
“Biz anlayırıq ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, yetimlərin sayı daha da artacaq. Hərbi əməliyyat zamanı insanlar əlil olur, bunlar ölkəmizə böyük fayda verə biləcək gənclərdir. Biz Rusiya qoşunlarının dərhal çıxarılmasını tələb edirik”, - Vasyukeviç bildirib.
Sonda o əlavə edib ki, müraciəti deputatlar Natalya Koçuqova, Aleksandr Sustov və Gennadi Şulqa dəstəkləyib.
Vasyukeviç mətni oxuyub bitirdikdən sonra Primorsk diyarının qubernatoru Oleq Kojemyako deputatın hərəkətlərinin rus ordusunu ləkələdiyini, sonra onu iclas zalından çıxarmağı, söz haqqından məhrum etməyi tələb edib.
“Ədalətli Rusiya” fraksiyasının rəhbəri Aleksey Kozitski və Qanunvericilik Məclisinin sədri Aleksandr Rolik Kojemyakonun təklifini dəstəkləyiblər. Səsvermə nəticəsində (27 deputat – lehinə, beş – əleyhinə) Vasyukeviç və Şulqa bir iclasda çıxış etmək hüququndan məhrum ediliblər.
İclasın sonunda Rusiya Federasiyası Kommunist Partiyasının Primorsk Qanunvericilik Assambleyasının rəhbəri Anatoli Dolqaçev həmkarlarının müraciətinin fraksiya tərəfindən razılaşdırılmadığını bildirib və onların hərəkətlərini “mütləq demarş” adlandırıb. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar