Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"İsrail vətəndaşlarına Azərbaycanda da hücum edilə bilər" - ABŞ mətbuatı

Tarix: 27-05-2022 10:24     Baxış: 4310 A- / A+
"İsrail vətəndaşlarına Azərbaycanda da hücum edilə bilər" - ABŞ mətbuatı

İsrail hakimiyyəti İranın regionun bəzi ölkələrində İsarail dövlətinin vətəndaşlarına qarşı hücum təşkil edə biləcəyini bildirən bəyanat verib.

Manevr.az xəbər verir ki, bu barədə cümə günü “The Times of Israel” məlumat yayıb.
Bu cür qorxular İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) polkovniki Həsən Sayad Xodainin öldürülməsi və İsrailin bu işdə iştirakı ilə bağlı mediaya sızdırılan məlumatlarla bağlıdır. Bu barədə "The New York Times" qəzeti Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail hökumətinin yüksək vəzifəli rəsmiləri və müdafiə nazirliyi bir neçə məsləhətləşmələr keçiriblər. Bu məsləhətləşmələrdə onlar gözlənilən təhlükənin səviyyəsini müzakirə ediblər. Gözlənilir ki, yaxın vaxtlarda hakimiyyət hansısa şəkildə vətəndaşlara İranla həmsərhəd ölkələrə səyahətlə bağlı göstəriş verə bilər. Lakin hələlik rəsmi xəbərdarlıq etməyin planlaşdırılmadığı qeyd olunub.
Ehtimal olunur ki, risk zonasına BƏƏ, Bəhreyn, Azərbaycan və çox güman ki, Türkiyə də daxil olacaq. Qəzet mənbələrə istinadən qeyd edir ki, hazırda konkret təhdidlərlə bağlı kəşfiyyat məlumatı yoxdur, lakin hakimiyyət israillilərə İranla həmsərhəd ölkələrə, xüsusən də İsrailin məlumatına görə, vətəndaşlarının olduğu BƏƏ və Bəhreynə səyahət edərkən daha diqqətli olmağı tövsiyə edəcək. "İndi ümumiyyətlə, çox ehtiyac olmadıqca səyahət etməyin",- deyə tövsiyədə bildirilir.
Mayın 22-də naməlum şəxslər Tehranın şərqindəki küçələrdən birində evinə tərəf gedən Xodainin avtomobilinə atəş açıb. Hücumda motosikletdə olan iki nəfər olub. Hücum edənlər polkovnikə beş dəfə atəş açıblar. İnqilab Keşikçiləri Korpusunun mətbuat xidməti hadisəni terror aktı adlandırıb. İran prezidenti İbrahim Rəisi bazar ertəsi bildirib ki, ölkə hakimiyyəti polkovnikin öldürülməsinə görə qisas alacaq.
İran polkovniki Həsən Sayad Xodainin dəfn mərasimi 
Xatırladaq ki, Xodai Yaxın Şərqdəki əməliyyatlara cavabdeh idi. Amma onun fəaliyyət sahəsinin bununla məhdudlaşmadığı iddia edilir. Amerika nəşri "New York Times" qəzeti iddia edir ki, polkovnikin “hədəfləri arasında Avropa, ABŞ, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirliklərindən olan rəsmilər də olub”. İddia edilir ki, mərhum polkovnik həmin şəxsləri "aradan götürmək" əmri alıbmış. İsrail də məhz bu iddiaları əsas götürərək polkovnikin qətlinə qərar verib./Bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar