Xəbər lenti
Türkiyə ordusu bu tarixdə hücuma keçəcək – İranla müharibə riski var
Manevr.az xəbər verir ki, türkiyəli mütəxəssislər əməliyyatın yaxın günlərdə başlaya biləcəyini qeyd edirlər.
Təhlükəsizlik və terror üzrə mütəxəssis Coşqun Başbuğ hesab edir ki, əməliyyatın gələn həftə olması ehtimalı var: “3-5 günün içində əməliyyatın başlaya biləcəyini düşünürəm. Prezident Ərdoğanın açıqlamasında da “hərbi birliklərimiz hazır olduğu zaman” deyə qeyd olunurdu. Bu, son hazırlıqların yoxlanılması deməkdir”.
C.Başbuğ əməliyyatın Tel-Rifat və Münbiçdən başlaya biləcəyini düşünür.
Onun sözlərinə görə, bu bölgələrdə ciddi terror hücumları var: “Demək olar ki, hər gün canlı bomba və digər hücum xəbərləri gəlir. Uzaqdan raket hücumları da var. Hətta əməliyyat Kobani (Aynel Ərəb) bölgəsini də əhatə edə bilər. Bundan sonra ABŞ-ın olduğu bölgələrə doğru istiqamətlənəcəyini düşünürəm. Böyük ehtimalla hava hücumu başlayacaq, ardınca quru qoşunları hərəkətə keçəcək. Yəni Mehmetçik mövqe möhkəmləndirilməsi işini yerinə yetirəcək, orada da qalacaq. Fərat qalxanı, Zeytun budağı və Sülh çeşməsi əməliyyatlarında da belə olmuşdu. Təmizlənən bölgələrdə mövqelər möhkəmləndikdən sonra suriyalıların yenidən torpaqlarına geri qayıtması üçün şərait formalaşdırılacaq”.
Ehtiyatda olan general İsmayıl Hakkı Pekin hesab edir ki, Suriyaya əməliyyat üzərində ciddi düşünülməlidir.
“Prezident Ərdoğanın planı Suriya və İraq sərhədi boyunca təhlükəsiz bölgə yaratmaqdır. Bununla da terror təşkilatlarının – İŞİD-in və PKK\YPG-nin Türkiyəyə təhdid yaratmasının qarşısı alınacaq. Rusiyanın PKK və ABŞ qüvvələrinin çox olduğu bölgələrdən öz hərbçilərini Ukrayna müharibəsinə cəlb etdiyi məlumatları var. Türkiyə Suriyada Tel-Rifat, Kobani, Münbiç və Qamışlıya girə bilmədi. Bu bölgələrdə əməliyyat keçirə bilərmi? Mümkündür, amma bütün bölgələri əhatə edəcək əməliyyatın keçirilməsi bir qədər çətindir. Çünki bu əməliyyatlar Türkiyəni Rusiya, ABŞ, İran və Qərb ölkələri ilə üz-üzə gətirəcək. İsveç və Finlandiyanın NATO-ya üzvlüyü məsələsi PKK və PYD-nin xarici dəstəyinin kəsilməsi imkanını yaradıb, bu məsələdən istifadə etməliyik”, - türkiyəli general qeyd edib.
İ. Pekin qeyd edir ki, əməliyyatdan sonra Suriyada ictimai nizamı təşkil etmək lazımdır: “İqtisadiyyatdan məktəblərə qədər bir çox problemi həll etməliyik. Bu məsələlərdə çox diqqətli olmalıyıq, bölgədəki tarazlığı pozacaq əməliyyat həyata keçirməməliyik. Əgər tarazlıq pozularsa, Türkiyə və İran arasında müharibə ola bilər”.
Terror və təhlükəsizlik üzrə mütəxəssis İbrahim Keleş də hesab edir ki, əməliyyatın hədəfi Tel-Rifat ola bilər: “Terrorçuların bizə ən çox hücum etdiyi bölgədir bura. O cümlədən, Afrindən qaçan terrorçular da bura sığınıb. Əvvəllər bu ərazi Rusiyanın nəzarəti altında idi, indi isə ruslar bölgədə yoxdur və ora tamamilə PYD nəzarət edir. Terrorçular ABŞ-ın verdiyi ağır silahlarla Fərat qalxanı bölgəsini və Zeytun budağı bölgəsini atəşə tutur. Fikrimcə, ilk əməliyyat Münbiç və Te-Rifat bölgəsi olacaq, ardınca da Kobani bölgəsi”.
Türkiyəli mütəxəssisin fikrincə, əsas hədəf İraqdan başlayaraq, Suriyanın şimalından keçən və Aralıq dənizinə qədər uzanan ərazidə təhlükəsiz bölgə yaratmaqdır.
“Ana hədəf budur, eyni zamanda, terror təşkilatının gəlir mənbələrinin kəsilməsi də hədəflər arasındadır. Fikrimcə, əməliyyatın başlanması sürpriz olacaq, yəni gözlənilmədən, bir gecədə başlaması mümkündür”, - İ. Keleş bildirib./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar