Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"iPhone" həvəskarlarına BƏD XƏBƏR: bu modelin istehsalı dayandırıldı

Tarix: 25-05-2022 21:23     Baxış: 3237 A- / A+

"Apple"in çinli tərəfdaşları bölgədəki koronavirus məhdudiyyətlərinə görə "iPhone 14" istehsal cədvəlindən geri qalırlar. 
Bu barədə "Nikkei" agentliyi məlumat yayıb .
İnsayderlərə məlum olub ki, "iPhone 14" seriyasının yeni flaqman telefonlarından ən azı birinin hazırlanması Çində daha bir karantinin tətbiqi ilə əlaqədar dayandırılıb. 
"Apple" itirilən vaxtı kompensasiya etmək üçün tədarükçülərdən məhsulun inkişafını sürətləndirməyi xahiş edib. Əks halda, şirkətin tərəfdaşları payıza qədər lazımi sayda smartfon istehsal etməyə vaxt tapmaya bilərlər.
"Tənzimləmək çətindir. "Apple" və onun təchizatçıları inkişafı sürətləndirmək üçün gecə-gündüz işləyirlər", - Amerika şirkətinin tərəfdaşlarından birinin top meneceri bildirib.

Qeyd olunub ki, əsas tədarükçülər - "Foxconn" və "Pegatron" istehsalın pozulmasına görə birbaşa məsuliyyət daşıyırlar
Məlumatlı mənbələrə görə, hazırda dörd yeni "iPhone" mühəndislik sınaqları mərhələsindədir. Karantinə görə, modellərdən birinin inkişafı adi qrafikdən təxminən üç həftə geri qalır. Bununla belə, şirkətin yayın sonu və ya payızın əvvəlində "iPhone 14" smartfonlarının istehsalına başlamaq üçün hələ vaxtı var.
"Hazırda, gecikmənin məhsulun təqdimat cədvəlinə təsir edəcəyinə inanmırıq, lakin hər hansı gizli və uzunmüddətli təsirlərin olub-olmamasına diqqətlə baxmalıyıq", - "Isaiah Research" analitiki Eddie Xan deyib.
Mayın sonunda "The Wall Street Journal"ın mənbələri "Apple"in Çindən kənarda avadanlıq istehsalını artırmağa hazırlaşdığını bildirdib. İnsayderlər əsas səbəb kimi bölgədəki koronavirus məhdudiyyətlərini göstəriblər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar