Xəbər lenti
Bakı Qarabağı tam qaytaracaq – kimsə şübhə etmir!

Manevr.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bölüşüb.
“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında real olaraq maraqlıdır, çünki bu ölkələrdə böyük rus icmaları mövcuddur. Moskva sülh, əməkdaşlıqda, Cənubi Qafqazın inkişafında, sabitliyində maraqlıdır. AB-nin məqsədi isə yalnız Rusiyaya təcavüz etmək, Rusiyanı prosseslərdən uzaqlaşdırmaqdır. Rusiya və AB tamamilə fərqli motivasiyaya malikdirlər.
Mənim fikrimcə, bu Brüssel danışıqlarında da məhz Azərbaycanın güclü mövqelərdən çıxış etdiyini bir daha izləyə bildik. Biz bunu əvvəllər də görmüşük. Yəni İrəvan rəsmi Bakının xoşuna gəlməyən heç bir təxribatçı bəyanatlara yer vermədi.
İlham Əliyev qarşıya məqsəd qoyub və ona nail olacaq, o, sakitcə qoyduğu məqsədlərinə doğru irəliləyir. Artıq heç kimdə bir şübhə yoxdur ki, bütün Qarabağ son nəticədə Azərbaycanın tam legitim suverenliyinə qayıdacaq. Bunun üçün Azərbaycanın nəhəng diplomatik resursları və güclü ordusu var”, - deyə rusiyalı ekspert qeyd edib./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar