Xəbər lenti
Ermənistan yenə Azərbaycanın bu yoluna möhtac qaldı - ŞƏKİL
Manevr.az xəbər verir ki, Ermənistan mediası alternativ yolda artıq bir neçə aydır heç bir işin getmədiyini yazır.
“Hraparak” nəşri mənbələrinə istinadən yazır ki, alternativ yolun beynəlxalq standartlara cavab verməməsi bu marşrutun sıradan çıxmasına zərurət yaradır.
“Yolda sürüşmələrin tez-tez olması da buradan keçidi çətinləşdirir. Məlumatlara görə, Azərbaycan və Ermənistan arasında Eyvazlı yolundan istifadə edilməsi üzərində razılaşma var. Azərbaycan tərəfi bu yolun beynəlxalq standartlara uyğun qurulacağını bildirib. Lakin yolda gömrük-keçid məntəqəsi fəaliyyətini davam etdirəcək və həm sərnişin, həm də yük daşımalarından Azərbaycan gömrüyündən istifadə olunacaq”, - nəşr yazır.
Eyvazlı yoluna çəkilən alternativ marşrutun isə bir müddət sonra istifadəsi dayandırılacaq.
Qeyd edək ki, Ermənistanın çəkdiyi alternativ yolun əlverişsiz olması İrandan yük daşımalarının da Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən aparılmasını zəruri edir. Bununla yanaşı, ermənilərin yaşadığı 9 kəndin əhalisi də bu yoldan istifadə etməyə məcburdur, əks təqdirdə daha əlverişsiz və uzaq məsafə olan alternativ yoldan keçməli olacaqlar./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar