Ukrayna Prezidenti Vladimir Zelenski qeyd edir ki, müharibənin qarşıdakı həftələri çətin olacaq.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.
"Rusiya çalışır ki, Xarkov vilayətinin ələ keçirdikləri ərazilərdən, Xerson vilayətindən, Zaporojye vilayətinin bəzi ərazilərindən və Donbasdan əl çəkməsin. Yavaş-yavaş irəliləyir. Onlar mövqelərini gücləndirmək üçün ehtiyatlar yığır. Müharibənin qarşıdakı həftələri mürəkkəb olacaq. Biz bunu bilməliyik", - Zelenski vurğulayıb.Eyni zamanda, o qeyd edib ki, ukraynalıların döyüşməkdən başqa alternativi yoxdur.
"Döyüşmək və qalib gəlmək. Torpağımızı və xalqımızı azad etmək üçün. Ruslar izdə olan hər şeyi almaq istəyirlər",- deyə Zelenski bildirib.
Xəbər lenti
"Ruslar bizdə olan hər şeyi almaq istəyirlər" - Zelenski

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































