Xəbər lenti
Rusiyadan gedənlər geriyə bilet almır: Siyahıda Azərbaycan da var
Ukraynaya hücum Rusiyada yaşayan mütərəqqi kəsimin gələcəyə baxışını dəyişib. Onların əksəri ölkədə qalmaq istəmir. Həmin kəsim müharibə ideyasını dəstəkləmir, bunun yolverilməz olduğunu düşünür. Buna görə də xaricə gedən rusiyalıların əksərinin geri qayıdış bileti almadığı məlum olub.
Manevr.az xəbər verir ki, siyahıda Azərbaycanın da adı var. Yəni rusiyalıların ən çox üz tutub geri qayıtmaq istəmədiyi ölkələrin siyahısında bizim ölkə də yer alıb. Azərbaycandan başqa, Qazaxıstanın, Türkiyənin, Ösbəkistanın, İsrailin, Ermənistanın və Birləşmiş Ərəb Əmirliklərinin adı xüsusi fərqləndirilib.
Biznes-turizm bazarında seçilən “Aeroklub” konkret statistika ortaya qoyub. Rəqəmlər deyir ki, martda ölkədən çıxan Rusiya vətəndaşlarının 70, apreldə isə 47 faizi geri qayıdış bileti almayıb. Məsələn, 2019-cu ilin analoji dövründə qayıtmağa tələsməyənlərin göstəricisi 33 faizi keçmirdi.
“Aeroklub”un nümayəndəsi bildirib ki, bazar sabit vəziyyətdə olanda gərginlik hiss edilmir. Amma pandemiya, müharibə kimi amillər özünü göstərir. Xüsusilə Ukraynaya hücum bazarda həyəcan yaradıb.
Ölkəni tərk edənlərin sırasında informasiya texnologiyaları sahəsində çalışanların xüsusi çəkisi var. “InfoWatch” qrupunun rəhbəri Natalya Kasperskaya da bunu ayrıca qeyd edir. Onun sözlərinə görə, Rusiyanı müharibə günlərində xeyli şirkətlər tərk edib. İnformasiya texnologiyaları mütəxəssislərinin nəzərəçarpan hissəsi ölkədə qala bilməzdi. Daha çox fevral-mart aylarında gedənlər çox olub. Onlar əlverişli şərait olan ölkələrə üz tutublar.
Rusiyanı müharibənin təkcə ilk bir ayı ərzində 200 min nəfərə qədər vətəndaş tərk etmişdi. Proses yenə də davam edir. Xüsusilə gənclər gələcəyini vətəndə görmür. Çünki Rusiya zamanla daha qapalı ölkəyə çevrilməyə başlayır. Müharibənin tezliklə bitməyəcəyi çoxlarına məlumdur. Ukraynada azı bir il döyüşlərin gedəcəyi ehtimal olunur. Gənclər nə qədər imkan var, ölkəni tərk etməyə çalışırlar. Rusiya tamamilə Sovet İttifaqına çevriləndə belə fürsət də olmayacaq./Bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar