Xəbər lenti
7 ölkədən Rusiyaya qarşı bəyanat: “Ordunu Ukraynadan çıxar"
Yeddi ölkənin nümayəndəsi Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə çağırıb.
Manevr.az xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Forumunun bir sıra ölkələri Rusiya Federasiyasını bütün qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.
Rusiyaya qarşı bu tələbi APEC-in yeddi dövləti - ABŞ, Kanada, Avstraliya, Yaponiya, Yeni Zelandiya, Koreya Respublikası və Çilinin nümayəndələri irəli sürüb.
“Açıq, dinamik, davamlı və sülhsevər Asiya-Sakit Okean regionunun dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq nizamın vacibliyini bir daha təsdiq edərək, biz Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə və bütün silahlı qüvvələrini Ukraynadan tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırırıq”,- bəyanatda bildirilib.
Bundan əvvəl Banqkokda (Tailand) APEC ölkələrinin ticarət nazirlərinin iclasının keçirildiyi bildirilib. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxış etməyə başlayanda ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiya nazirləri zalı tərk ediblər.
Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynanı işğal edib. Düşmən əvvəlcə hərbi obyektlərə hücum edib, sonra isə dinc şəhərləri atəşə tutub. Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın irimiqyaslı təcavüzü nəticəsində təkcə Mariupolda 20 mindən çox qurban var.
Qeyd edək ki, APEC Asiya-Sakit Okean regionunun 21 ölkəsinin iştirak etdiyi forumdur, regional ticarət sahəsində əməkdaşlıq, eləcə də sərmayə qoyuluşunu asanlaşdırmaq üçün yaradılıb. Forumda Rusiya da təmsil olunur./teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar