Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pentaqon rəsmisindən Şoyquya aşağılayıcı cavab

Tarix: 22-05-2022 12:31     Baxış: 4222 A- / A+
Pentaqon rəsmisindən Şoyquya aşağılayıcı cavab

Pentaqonun spikeri Con Kirbi, Rusiyanın müdafiə naziri Sergey Şoyquya Xarkov yaxınlığında rus ordusunun uğursuzluğunu xatırladıb.

Manevr.az xəbər portalı xarici mətbuata istinadla xəbər verir ki, Pentaqonun spikeri Con Kirbi brifinqdəki çıxışı zamanı rus ordusunun Xarkovda yaşadığı vəziyyət haqda məlumat verib.
Kirbidən Rusiya qoşunlarının Luqansk bölgəsini tamamilə ələ keçirməyə yaxın olduğunu deyən Şoyqu ilə bağlı şərh verməsi istənilib. Pentaqon spikeri bildirib ki, onun hərbi əməliyyatların coğrafiyası ilə bağlı faiz hesablamaları yoxdur.
"Məsələn, məndən Xarkov haqqında soruşsanız, iki həftə əvvəl Rusiya ordusu Xarkovu mühasirəyə aldı. Şəhərin cənub-şərqində yalnız kiçik bir dəhliz var idi ki, ukraynalılar oradan özlərini təmin edə bilərdilər. İndi isə Rusiya ordusunu sözün əsl mənasında Rusiya ilə sərhədə qədər Xarkovdan uzaqlaşdırıblar”, - deyə Kirbi vurğulayıb.
Onun sözlərinə görə, Rusiya ordusu Donbassda hədəflərinə çatmaqda hələ də qrafikdən xeyli geri qalır. Kirbi qeyd edib ki, rus ordusunun regionda irəliləyişi tədricən, ləng və qeyri-bərabərdir, ukraynalılar isə müqavimət göstərməkdə davam edir.
"Bu, olduqca sadə bir suala uzun cavabdır. Mənim sizin üçün torpaq payım yoxdur”,- deyə Kirbi əlavə edib.
Xatırladaq ki, Ukrayna qoşunları Rusiya işğalçılarını Xarkovdan şimala doğru aparır. Bəzi bölgələrdə Ukrayna Müdafiə Qüvvələri sərhədə çatıb. Luqansk Vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Şoyqu real vəziyyəti anlamadığı üçün Luqansk vilayətinin tam işğalının yaxın olduğunu bəyan edib./Bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar