Xəbər lenti
Pakistan baş nazirindən Ərdoğana təklif – “Üçümüz birlikdə...”
“Bu, təkcə böyük qardaş və dost yox, həm də Pakistanın mübarizəsinin də çox böyük dəstəkçisi olan Prezident Rəcəb Tayyib Ərdoğanın dinamik liderliyində Pakistan və Türkiyə arasındakı əməkdaşlığın başqa bir gözəl nümunəsidir”.
Bunu Pakistan Baş naziri Şahbaz Şərif MİLGEM layihəsinin üçüncü gəmisi olan “Bədr”in dənizə buraxılması ilə bağlı deyib.
Şərif Türkiyə müdafiə naziri Hulusi Akar və Pakistanın digər rəhbər şəxsləri ilə birlikdə “Bədr” gəmisinin suya buraxılması mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Şərif Türkiyə və Pakistan arasındakı əlaqələrin Ərdoğanın dönəmində ən yüksək zirvəsinə çatdığını bildirib.
Şərif Türkiyənin Pakistanın xarici siyasətdən gəmiqayırmaya, nəqliyyatdan səhiyyəyə qədər bütün bu böyük təşəbbüslərinin şahidi olduğunu vurğulayıb: “Düşünürəm ki, bu əlaqələri Pakistan və Türkiyənin qarşılıqlı faydası üçün daha yüksək zirvələrə qaldıra biləcəyimiz bir nöqtəyə çatmışıq”.
Baş nazir Hulusi Akarı da əla performansına görə təbrik edib: “COVID-19 məhdudiyyətlərinə baxmayaraq, bu gəminin vaxtında suya buraxılması böyük uğurdur”.
“Həqiqətən inanıram ki, Türkiyə və Pakistan iki ölkədə yaşayan bir millətdir, ürəklərimiz birlikdə döyünür”, - Şərif söyləyib.
Baş nazir Türkiyə və Pakistan arasındakı qardaşlıq münasibətlərinin tarixinin Pakistandan əvvəlki dövrlərə gedib çıxdığını vurğulayıb:
“Gələcək nəsillər Türkiyənin Pakistanın tərəqqi və rifahında böyük dəstəkçi və tərəfdaş olacağı, kədərimizi və xoşbəxtliyimizi birlikdə bölüşəcəyimiz bir zamanın gələcəyini bilmirdilər”. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar