Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mariupol 81 günlük mühasirədən sonra təslim oldu

Tarix: 20-05-2022 17:57     Baxış: 3252 A- / A+

XXI əsrin hərb tarixində önəmli iz buraxan Mariupol müqaviməti bu gün başa çatıb.
Manevr.az-ın xəbərinə görə, şəhərin müdafiəçiləri 81 günlük mühasirədən sonra Rusiya qüvvələrinə təslim olub.
Bu müddət ərzində onlar yüzlərlə rusiyalı hərbçini, o cümlədən yüksəkrütbəli zabitləri məhv edib, işğalçı qoşunların Ukraynanın digər ərazilərinə hücumunu xeyli ləngidib.
Mariupol meriyasının məlumatına görə, Rusiyanın şəhərə təcavüzü sonucunda azı 10 min nəfər həlak olub.
Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etməyiblər. Bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu indiyədək tam ələ keçirə bilməmişdi.
Qeyd edək ki, ətrafında Ukraynanın millətçi və vətənpərvər dairələrini toplaya bilmiş “Azov” 2014-cü ilin may ayında Mariupol şəhərində yaradılıb. 2014-2015-ci illərdə Mariupol şəhərinin müdafiəsi, habelə İlovaysk, Şırokino, Maryinka uğrunda döyüşlərdə gücünü göstərib. İşğalçılara qarşı amansız mübarizəsi, habelə ölkə daxilində Ukrayna vətənpərvərliyini aşıladığına görə Rusiya rəhbərliyi “Azov”u “neonasist qruplaşma”, “ksenofob” dəstə kimi qələmə verir./Report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar