Xəbər lenti
“Putin yeni SSRİ-ni bu il qurmaq istəyir, proses artıq başlayıb” - Sensasion iddia
Manevr.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Rusiyanın bu il əsas ideyası “Sovet İttifaqı 2”ni yaratmaqdır, rusların bundan başqa daha qlobal məqsədləri yoxdur. Bu, Putinə ömrünün sonunadək özünü qondarma SSRİ-nin lideri olacaq bir şəxs kimi legitimləşdirməyə imkan verəcək. Bunun hansı formatda olacağı, bura kimin daxil olacağının bir önəmi yoxdur. Bu, onun 22 ildir davam etdirdiyi sabit fikirdir”, - Denisenko bildirib.
Onun sözlərinə görə, buna görə də, Dövlət Duması Putinə Rusiyadan kənarda administrasiyaların yaradılmasına icazə verən qanun layihəsinə baxmağa başlayıb:
“Bu qanun layihəsi nəinki Putinə, hətta onu əvəz edəcək şəxslərə də icazə verilir ki, istənilən ərazinin “Rusiya” olması ilə bağlı könüllü qərar qəbul etsin”.
“Adətən belə qanun layihələrinin təqdim edilməsindən bunların Dövlət Dumasında qəbul edilməsinə qədər bir neçə ay vaxt lazımdır. Bu müddət ərzində elita daxilində məsləhətləşmələr aparılır, Rusiyada müəyyən sosioloji hesablamalar başlayır. Belə olan halda, hesab edirəm ki, bu proses artıq başlayıb”./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar