Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Moldovanın keçmiş prezidenti İqor Dodona qarşı cinayət işi açılıb

Tarix: 19-05-2022 06:20     Baxış: 3297 A- / A+
Moldova Baş Prokurorluğu Sosialistlər Partiyasının fəxri sədri, eks-prezident İqor Dodonu korrupsiyada şübhəli bilərək ona cinayət işi açıb.

Bu barədə Baş Prokurorluğun mətbuat katibi Mariana Kerpek bildirib.

"Bu gün, mayın 18-də (dünən-red) baş prokuror vəzifəsini icra edən Dumitru Robu 2020-ci ilin yayında ictimai məkanda görünən videolara görə cinayət təqibinin başlanmasına göstəriş verib", - Kerpek jurnalistlərə bildirib.

Cinayət işi üçün İqor Dodonla Demokratlar Partiyasının o vaxtkı lideri Vladimir Plaxotnyuk arasında 2019-cu ilin iyununda keçirilən görüşün videogörüntü əsas olub. Demokratlar Partiyasının ofisində lentə alınan videogörüntüdə Plaxotnyukun Dodona onların “çanta” adlandırdıqları iri qara paket verməsi yer alıb. Söhbətdən aydın olur ki, “çanta”da o zaman Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Videogörüntü 2020-ci ildə deputat Yuri Renise tərəfindən yayılıb. 2020-ci il iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu yoxlama zamanı heç bir cinayət tərkibinin aşkar olunmadığını bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.

Mayın 17-də Kişinyov Apellyasiya Məhkəməsi 2019-cu ildə Dodona qarşı cinayət işi başlamaqdan imtina edən Kişinyov məhkəməsinin, habelə Korrupsiyaya Qarşı Mübarizə Baş Prokurorluğunun keçmiş rəis müavini Vasili Levitskinin bu məsələ ilə bağlı qərarını ləğv edib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar