Xəbər lenti
Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib
Manevr.az “report”a istinadən xəbər verir ki, məlumatı BBC yayıb.
Şişimarin qanunları və müharibə qaydalarını pozmaq maddəsi üzrə ittiham olunub. Başqa sözlə, o, hərbi cinayətkar kimi məsuliyyətə cəlb edilib. Onu 10-15 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Vadim Şişimarin Ukrayna məhkəməsi qarşısında duran Rusiyanın ilk hərbçisidir.
Qeyd edək ki, Ukrayna prokurorluğunun versiyasına əsasən, o, fevralın 28-də Ukraynanın Sumı vilayətinin Çupaxovka şəhərtipli qəsəbəsində velosipedlə gedən silahsız kişini güllələyərək öldürüb.
Vadim Şişimarin Rusiyanın İrkutsk vilayətindəndir. O, Moskva vilayətində Kantemirovsk 4-cü diviziyasında komandir vəzifəsində xidmət edib.
Qeyd edək ki, o, Ukrayna məhkəməsinin mühakimə etdiyi Rusiyanın ilk hərbçisidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































