Xəbər lenti
Putin Tramp və aravuranlar haqda

”Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri məsuliyyətsizlik və yanlışlıqdır”.
APA-nın verdiyi məlumata görə, bunu Arktika forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz diplomatik münasibətləri tamamilə kəsmək istəyirik? 60-cı illərə, Karib böhranına qədərki vəziyyətə gətirib çıxarmaq istəyirik? Bəs bundan sonrası nə olacaq?” - deyə Rusiya dövlət başçısı münasibətlərin pozulmasının Amerika xalqının əksəriyyətinin marağında olmadığına əminliyini bildirib.
V. Putin Rusiyanın ABŞ-a müharibə etmək deyil, əməkdaşlıq münasibətləri qurmaq istədiyi nəhəng dövlət kimi yanaşdığını vurğulayıb: “Ümid edirəm ki, Moskva və Vaşinqton Suriya və Ukraynadakı münaqişələrin nizamlanması, eləcə də Arktika və kosmos məsələləri ilə bağlı əməkdaşlığa nail olacaq”.
Rusiya prezidenti ABŞ-dakı seçkilərə müdaxilə etdikləri yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı anti-Rusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar